Marketinq, reklam, çap və nəşriyyat
Marketinq departamenti araşdırma və təhlil şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis / baş mütəxəssis
Təsvir:
- Bazar araşdırmalarının həyata keçirilməsi;
- Müştərilər arasıda sorğuların, intervyuların və fokus-qrupların keçirilməsi;
- Daxili müştəri təcrübələrinin araşdırılması, müvafiq CJM xəritələrinin hazırlanması;
- Makroiqtisadi və sektor üzrə analitik hesabatların hazırlanması;
- Rəqiblərin məhsul və təklifləri üzrə mütəmadi analitik hesabatların hazırlanması;
- Rəqəmsal satış kanalları üzrə müvafiq analitik hesabatların hazırlanması;
- Marketinq xərclərinin effektiliyini ölçmək və buna uyğun hesabatların hazırlanması;
- Rəqəmsal məhsullar üzrə müştəri davranışlarının analitikası;
- Vendorlarla əlaqələrin qurulması və işlərin aparılması;
- Müştəri məlumatlarının analitikası, müvafiq patternlərin tapılması və onlara uyğu; təkliflərin hazırlanması.
Tələblər:
- Ali təhsil ( Marketinq, Biznesin təşkili, Reklam, Rəqəmsal Marketinq üzrə təhsil;
- arzuolunandır);
- Bank sektorunda və ya bank məhsulları ilə 1 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili, Rus dili biliyi (üstünlükdür);
- Ünsiyyətcil və təqdimat bacarıqları;
- Strateji düşünmək və problemləri həll etmək qabiliyyəti;
- Komandada və bankın digər funksional strukturları ilə işləmək bacarığı;
- Excell, Power BI bilikləri (SQL biliklər arzu olunandı).