Komputerləşmə və İKT

Bank Respublika ASC

Proqram təminatları şöbəsinə mütəxəssis (System Administrator)

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-02-25

Təsvir

  • IT İnfrastrukturun (server, iş stansiyaları, avadanlıq və proqram təminatı) fasiləsiz fəaliyyətini təşkil və təmin etmək;
  • Server və iş stansiyalarına proqram təminatının yüklənməsi və serverdə sistemin konfiqurasiya olunması;
  • Server və iş stansiyalarına proqram təminatının inteqrasiyasını təmin etmək;
  • Server avadanlıqlarına və server proqram təminatına texniki xidmət göstərmək, nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
  • Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasını təmin etmək, monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bağlı təkliflər hazırlamaq;
  • Server proqram təminatının işlək vəziyyətdə olması və təhlükəsizliyini təmin etmək;
  • Sistemlərə girişlərin, sistem faylları, verilənlərə baxış və dəyişikliklərin təhlükəsizliyini təmin etmək və audit aparmaq;
  • Sistemlərdə təhlükəsiz işi təmin etmək: məlumatlara icazəsiz girişlərin əldə edilməsi, sistem faylları, verilənlərin baxılması və dəyişdirilməsi hallarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini həyata keçirmək;
  • Müasir tələblərə uyğun backup texnologiyalarını tətbiq etməklə verilənlərin etibarlı rezerv olunmasını təmin etmək;
  • İstifadəçilərin qeydiyyatının aparılması (domain controller-də), user identifikasiya və parolların təyin edilməsi.

Tələblər

  • Ali təhsil (aidiyyatı sahə üzrə arzuolunandır);
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis və Rus dilləri yaxşı səviyyədə arzuolunandır;
  • Storage, Backup sistemləri üzrə biliklər;
  • Linux və Windows serverlər, VMware, Nutanix, AIX, Mail Server, SCCM və s. üzrə ilkin biliklər;
  • Windows server, Linux əməliyyat sistemlərinin idarə olunması;
  • Monitorinq sistemləri üzrə biliklər;
  • Ödəniş sistemləri üzrə biliklər;
  • Tiket sistemləri (Jira, Zoho və s.) ilə iş təcrübəsi.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat