Maliyyə xidmətləri

Bank Respublika ASC

VİP müştərilər ilə iş şöbəsinin mütəxəssisi / aparıcı / baş mütəxəssisi /meneceri

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-03-01

Ümumi vəzifə öhdəlikləri:

  • Bankın VİP müştərilərinə (fiziki şəxslər) pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyyələr vermək və xidmət göstərmək;
  • Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq;
  • Bank kartları, Təcili Pul köçürmələri və Bank Seyfi üzrə əməliyyatlar aparmaq;
  • Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;
  • Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
  • Bankın sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
  • Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkili.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan və Rus dili mükəmməl, İngilis dili biliyi arzuolunandır;
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 Fevral 2024-cü il tarixinədək email-in mövzu hissəsində (MXD, VİP şöbə) qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.