IT assistant
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2026-05-08
Vəzifə öhdəlikləri:
- Müqavilələr, ödəniş aktları, İT inventarının təmir protokolları və satınalma tarixçəsi daxil olmaqla bütün sənədlərin idarə olunması
- Hüquq və maliyyə departamentləri arasında əlaqələndirici rolun yerinə yetirilməsi (müqavilələrin imzalanması, detalları dəqiqləşdirmək, yaranan məsələləri layihə menecerinə eskalasiya etmək)
- Daxili istifadə üçün sorğuların hazırlanması və yayılması (məlumatların toplanması üçün sorğu formalarının hazırlanması)
- Onboarding prosesinin idarə olunması (yeni əməkdaşların məlumatlarının layihə menecerinə ötürülməsi)
- Admin, HR və holdinq daxilindəki digər şirkətlərlə İT məsələləri üzrə koordinasiya (sorğuların layihə menecerinə yönləndirilməsi)
- Layihə meneceri ilə birlikdə İT şöbəsində təcrübə mübadiləsi platformasının təşkilində iştirak
- Sistem administratorları ilə əməkdaşlıq çərçivəsində İT avadanlıqlarının vəziyyətinə nəzarət, qeydiyyatın aparılması və təmir/dəyişdirilməsinin təşkili
Tələblər:
- Ali təhsil
- İT sahəsinə maraqı olan
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti
- Sənədlərlə və sənəd dövriyyəsi ilə işləmək bacarığı
- Rus dili biliyi üstünlükdür
- Komanda ilə işləmə və ünsiyyət bacarıqları
İş şəraiti:
- İş yeri: Port Baku Towers 1, 19-cu mərtəbə
- İş qrafiki: 5/2, 09:00–18:00
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
İmtiyazlar
- Medical insurance
- Dəyərlisən” PASHA loyality proqramına üzvlük
- Push30
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.