Pərakəndə satış və müştəri xidmətləri

Birmarket

Telesatış Təmsilçisi (B2B yönümlü)

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2026-02-21

Təsvir

  • Şirkətin təqdim etdiyi hazır satıcı bazası üzrə telefon zəngləri etmək
  • Mövcud bazadakı satıcılarla əlaqə saxlayaraq onları Birmarket platformasına qoşulmağa dəvət etmək
  • Platformanın üstünlükləri, əməkdaşlıq şərtləri, komissiya qaydaları və texniki imkanları barədə məlumat vermək
  • Satıcı müraciətlərini və zəng nəticələrini CRM sistemində qeyd etmək
  • Etirazlarla işləmək və satıcıların suallarını peşəkar şəkildə cavablandırmaq
  • Təyin olunmuş KPI-ları (zəng sayı, qoşulan satıcı sayı və s.) yerinə yetirmək

Tələblər

  • Azərbaycan dilində sərbəst danışıq
  • Telefonla satış və ya outbound zəng üzrə minimum 2 il iş təcrübəsi mütləqdir
  • E-ticarət və marketplace modelləri barədə baza bilikləri üstünlükdür
  • Ofis proqramlarını (MS Office, Google Docs və s.) bilmək
  • CRM sistemləri ilə işləmə bacarığı arzu olunandır
  • Etirazlarla işləmək və danışıqlar aparmaq bacarığı
  • Səlis və aydın danışmaq bacarığı
  • Müştərilərlə ünsiyyət qurmaq bacarığı

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.