İnsan Resursları üzrə baş mütəxəssis (kadr sənədləşməsi sahəsi üzrə)
Əmək qanunvericiliyini mükəmməl bilən, kadr sənədləşməsinə marağ göstərən, daimi inkişaf axtaran, fərqliliyə və yeniliklərə üstünlük verən namizədlərin diqqətinə:
25 illik təcrübəyə malik olan BSC konsalting öz komandasına aşağıdakı tələblərə uyğun namizəd axtarır. Özünə güvənən, sözün əsl mənasında əmək qanunvericiliyi sahəsində konsultant(məsləhətçi) olmaq istəyən şəxsləri sıralarımızda görməkdən məmnun olarıq.
Vəzifə və öhdəlikləri
- Xidmət göstərilən müəssisələrin işçilərini əmək qanunvericiliyinə əsasən işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması ilə bağlı prosedurları yerinə yetirilməsinə nəzarət edib, göstərilən istiqamət üzrə təftiş sistemininin qurulması;
- ƏMAS sistemində yeniliklərə əsasən əmək münasibətlərinin tənzimlənməsi, xidmət göstərilən müəssisələrdə bu işin təşkil edilməsi və müvafiq təftiş sistemininin qurulması;
- Xidmət göstərilən müəssisələrdə işçilərin məzuniyyət hüququ ilə bağlı qanunvericiliyin tələblərinə əsasən müvafiq sənədləşmənin və online prosedurların həyata keçirilməsi;
- Əmək qanunvericiliyin tələblərinə əsasən digər sənədləşmənin və prosedurların həyata keçirilməsinə nəzarət edilməsi;
- İş vaxtının ucotu cədvəllərinin tərtib edilməsinə nəzarət edilməsi;
- Tabeçiliyində olan işçilərin iş bölgüsünə və karyera inkişaf proqramının həyata keçirilməsinə rəhbərlik edilməsi;
- İş fəaliyyəti ilə bağlı vaxtaşırı Departament rəhbərinə hesabat hazırlayıb təqdim edilməsi;
- Qanunvericilikdən irəli gələn digər işləri yerinə yetirilməsi.
- Müəssisələrə əmək qanunvericiliyi ilə bağlı mütamadi olaraq müvafiq məsləhətlərin və izahatların verilməsi.
O cümlədən,
- Xidmət göstərilən müəssisələrin fəaliyyəti ilə əlaqədar bütün kadr sənədləşməsinə dair sənədlərin (qərarlar, əmrlər, direktivlər, əsasnamələr, prosedurlar və s.) icra edilməzdən əvvəl qanunvericiliyə uyğun olub-olmamasını yoxlayır və tələb olunduqda, öz razılığını ifadə edir;
- Pozuntu hallarının aradan qaldırılması məqsədi ilə rəhbərliklə birlikdə qanuni addımların atılmasını təmin edir;
- Şirkətin qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə mübahisəli halların məhkəmədən qabaq və məhkəmə prosesləri zamanı məsələrin həlli üçün tələb olunan sənədləri hazırlayır, onların hüquq şöbəsinə təqdim olunmasını təmin edir;
Tələb olunan xüsusiyyətlər:
- Ali təhsil;
- İnsan resursları/hüquq sahəsində ən azı 5 il iş təcrübəsi(idarəetmədə ən azı 2 il iş təcrübəsi)
- AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini əla səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
- Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, İnternet və s.).
- 1C proqramında işləmək bacarığı.
- Güclü ünsiyyət və danışıq qabiliyyəti;
- Azərbaycan, Rus dillərini mükəmməl bilməli, İngilis dilin bilməyi arzuolunandır.
- Komandada işləmək bacarığı;
- Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı.
Əmək Haqqı : 2300-2500 AZN
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvana Subject/Mövzu hissəsində “İnsan Resursları üzrə baş mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur.