Təhlükəsizlik, uniforma və qoruyucu xidmətlər

Can-Pa

Mühafizəçi

Öhdəliklər:

  • Mühafizə olunan obyektin bütövlüyünü (kilidlər və digər bağlama qurğuları; plombların varlığı, yanğınəleyhinə inventarlar; siqnalizasiyanın, telefonların, işıqlanmanın sazlığı) yoxlamaq. 
  • Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək,
  • Şirkətin girişində növbə çəkmək; işçiləri, qonaqları, nəqliyyatı onların təqdim etdikləri müvafiq sənədlər üzrə təşkilatın ərazisində qarşılamaq  və yola salmaq. 
  • Növbəni qəbul etmək və təhvil vermək, 
  • Təlimata əsasən tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində mühafizəsini təşkil etmək,
  • Vəzifə yerini istisna hallar xaric tərk etməmək,
  • Növbə vaxtı ərzində hadisələrə qarşı maksimum sayıqlıq və diqqət göstərmək,
  • Baş verən hadisə barədə üst rəhbəri mütəmadi olaraq məlumatlandırmaq,
  • Obyekti vaxtaşırı olaraq gəzmək, göstərilən təlimatların təşkilini aparmaq,
  • Obyektə gələn qonaqları gülərüz qarşılamaq,
  • Növbə sırasında təyin olunmuş geyim kodeksinə uyğun şəkildə olmaq,
  • Növbə sırasında ərazini səliqəli, təmiz şəkildə təhvil vermək,
  • Şirkətin etik normalarına uyqun olmaq, lazım gəldiyi təqdirdə yönləndirmə və məlumatlandırma işini görmək,
  • Ərazidə kənar şəxslər müşahidə edildikdə dərhal aidiyyatı üzrə məruzə etmək,
  • Geyim kodeksini heç bir halda pozmamaq, buraxlış-nəzarət sisteminin həyata keçirilməsi İşçilərin giriş-çıxışına nəzarət.

Xüsusi tələblər:

  • Yaş həddi: 25-35;
  • Bəy namizəd;
  • Komanda ilə işləmək bacarığı;
  • Diqqətli,intizamlı və məsuliyyətli olmalı;
  • Mühafizə sahəsində təcrübə üstünlükdür;
  • Şirkətə yaxın ərazidə yaşayan namizədlərə üstünlük verilir.

Əmək haqqı: 550

İş günləri: bir gündən bir

İş vaxtı: 18:00-08:00 (gecə növbəsi)

Ünvan: Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsi, (Bakı Şamaxı şoss., 14-cü km.) 

Müraciət etmək üçün: (+994 51) 240-95-68 (whatsapp) və ya CV-nizi mövzu yerinə “Mühafizə” yazaraq e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Daha çox blog yazılarımız:

[moreBlogs]