Qazanxana və suyun təmizlənməsi sisteminin operatoru
Əmək şəraiti:
Şirkətin təklifi: karyera imkanları, rəqabətqabiliyyətli kompensasiya paketi (əsas maaş + şirkətin siyasətinə uyğun olaraq bonuslar) & sosial paket (tibbi sığorta, nəqliyyat xidməti, qidalanma).
Ünvan: Xırdalan ş., Şamaxı şosesi.
İş qrafiki: (08:00 – 20:00, 20:00 – 08:00) növbəli iş qrafiki
Əsas vəzifə öhdəlikləri:
- Qazan aqreqatının, buxar və isti su boru kəmərlərinin istismarı və texniki xidməti
- Qazan və kondensat suyunun kimyəvi parametrlərini normada saxlamaq
- Qazanların və kollektorların vaxtında təmizlənməsini həyata keçirmək
- Sahəni və təyin olunmuş ərazini təmiz saxlamaq
- Növbəni təhvil almaq və təhvil vermək, işlək vəziyyətdə olan avadanlıqları nəzarətsiz qoymamaq
- İşlək vəziyyətdə olan avadanlıqla işə yalnız müvafiq sertifikatı və buraxılışı olan şəxsin daxil olmasının təmin edilməsi
- Texnoloji avadanlıqları, cihazları, alətləri saz vəziyyətdə saxlamaq və onların təhlükəsiz istismarına nəzarət etmək
- İş yerində təhlükəsiz əmək şəraitinin təmin edilməsi və vəzifə təlimatlarının, ƏM və TQ üzrə təlimatların tələblərinə riayət edilməsi
Namizədlərə tələblər:
- Ali təhsil/orta təhsil (texniki, istilik energetikası sahəsinə üstünlük verilir)
- Analoji vəzifədə ən azı 1 il iş təcrübəsi
- Təcrübəli istifadəçi səviyyəsində Microsoft Office bilikləri;
- Mükəmməl səviyyədə Azərbaycan dili biliyi, ingilis və rus dili biliyi arzuolunandır
Bilik və bacarıqlar:
- avadanlıqların texniki istismarı üzrə təlimat
- qazan və kondensat suyunun kimyəvi parametrləri
- kimyəvi reagentlərlə işləmək
- istehsal və digər köməkçi bölmələr üçün tələb olunan istilik daşıyıcının parametrləri
- əməyin mühafizəsi və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı normativ sənədlər, iş təlimatları və avadanlıqların istismarı üzrə sənədlər
- qazanxana avadanlığına qulluq və avadanlığın təmiri
Əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, CV formasını doldurub göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq