Otel, İaşə, Turizm
Restoran meneceri
Ümumi müddəalar:
- Restoran meneceri orta ixtisas və ya ali təhsilli olmalı, və birbaşa Baş menecerə tabedir.
- Restoran meneceri şirkətin direktorunun əmri ilə vəzifəyə təyin olunur və işdən azad edilir.
Vəzifə öhdəlikləri:
- Restoran işçilərini yoxlayır, təlimatlandırır
- Restoran işçilərinin iş qrafiklərini idarə edir
- Restoranın müəyyən olunmuş standartlara uyğun olaraq idarə edilməsində iştirak edir
- 4. Restoranda təqdim olunan yeməklərin gigiyena və təmizlik standartlarına uyğun olmasına nəzarət edir
- Sifarişlərin qəbulu və icrasının təşkilinə nəzarət edir
- Bütün məhsulların müəyyən olunmuş standartlarda və düzgün formada təqdim edilməsinə nəzarət edir
- İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət edir
- İnventarın monitorinqini, bütün ərzaq məhsullarının və digər restoran ehtiyaclarının lazımi qədər doldurulmasını təmin etdir
- Restoranın nağd pul axınının izlənməsi və ödənilməmiş borcların ödənilməsinə nəzarət edir
- Müştəri xidmətini yaxşılaşdırma yollarını inkişaf etdirmək və həyata keçirmək üçün müştəri sorğularını nəzərdən keçirdir
- Müştəri şikayətlərinin peşəkar şəkildə həll edilməsini təmin edir
- Restoranın imicini yaxşılaşdırılması üçün yeni yollar təklif edir
- Kassa xərclərinə nəzarət edir, səmərəliliyin artırılması üçün müəyyən tədbirlər görür.
- Əməliyyat hesabatlarını və tələb olunan digər sənədləri hazırlayır müvafiq departamentlərə təqdim edir
- Restoran avadanlıqlarını təmir və texniki baxış üçün qiymətləndirir və ehtiyac olduğu halda lazımi şöbəyə yönəldir
- SOP prosedurlarının təşkilini və prossesə riayət edilməsini təmin edir
- Restoran mətbəxinin işçilərinin xadimə-qabyuyanlarda daxil olmaqla iş keyfiyyətinə nəzarət edir, və onlar üçün qrafiklər təyin edir
- Günlük və dərin təmizliyi yoxlayır, qrafikə uyğun olaraq bu prossesləri tənzimləyir.
- Qanunvericiliklə üzərinə düşən digər vəzifə öhdəlikləri AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş qayda və tələblərə əsasən səmərəli və faydalı icra olunmasını öz öhdəsinə götürür.
Hüquqlar:
- Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə Baş menecerə məlumat vermək
- Vəzifəsinə daxil olan işin icrası üçün zəruri sayılan hər hansı sənəd və materialları, habelə şifahi məlumatları Şirkətin işçilərindən tələb etmək
- Rəhbərlik tərəfindən zəruri tövsiyələr almaq
- Bu Vəzifə Təlimatı ilə nəzərdə tutulmuş işin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək
- Şirkətin vəzifəsi çərçivəsində restorana aid olan istənilən məlumatı tam və məhdudiyyətsiz əldə etmək
Məsuliyyət:
- Restoran menecerinin üzərinə bu Vəzifə Təlimatı ilə qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə Şirkət qarşısında məsuliyyət daşıyır.
- Restoran menecerinin təqsiri üzündən Şirkətə vurulmuş maddi və mənəvi zərər, qanunvericiliyin və Şirkətin normativ sənədlərinin müəyyən etdiyi qaydada, onun tərəfindən ödənilir.
- Bu Vəzifə təlimatı qüvvəyə mindiyi tarixdən onun predmetinə aid olan əvvəlki normativ-hüquqi sənədlər qüvvəsini itirmiş hesab edilir.