İstehsalat

Caspian Textile

Baş Tikiş Ustası / Tikiş Keyfiyyətinə Nəzarət üzrə Mütəxəssis

Şəhər: Bakı
İş rejimi: fullTime
Son tarix: 2026-02-26

Baş Tikiş Ustası / Tikiş Keyfiyyətinə Nəzarət üzrə Mütəxəssis
(Kişi və Qadın Gündəlik Geyimləri)


Vəzifə öhdəlikləri:
• Kişi və qadın gündəlik geyimləri üzrə tikiş prosesində keyfiyyət standartlarının qurulması və tətbiqi.
• Tikiş əməliyyatları üçün düzgün texnoloji ardıcıllığın müəyyən edilməsi və tətbiqə nəzarət.
• Tikişçilərin iş üsulları üzrə təlimatlandırılması və praktik öyrədilməsi.
• Keyfiyyət qüsurlarının analizi və səbəblərin aradan qaldırılması üçün proseslərin təkmilləşdirilməsi.
• Nümunə və texniki kartlara uyğunluğun daimi yoxlanılması.
• Avadanlıqlardan düzgün istifadə qaydalarının tətbiqi və nəzarəti.
• Tikiş keyfiyyəti üzrə daxili yoxlama mexanizmlərinin qurulması.
• Yeni işçilərin adaptasiyası və keyfiyyət standartları üzrə təlimi.

 

Tələblər:
• Kişi və qadın geyimləri üzrə tikiş sahəsində minimum 10 il praktiki təcrübə.
• Keyfiyyətə nəzarət və istehsalat proseslərinin idarə edilməsi üzrə təcrübə.
• Texniki kartlar, əməliyyat xəritələri və ölçü cədvəlləri ilə işləmək bacarığı.
• Tikişçiləri öyrətmək və düzgün iş üsullarını formalaşdırmaq bacarığı.
• Analitik yanaşma, detallara yüksək diqqət və məsuliyyət.
• Liderlik və komanda ilə işləmək bacarığı.

 

Üstünlüklər:
• Kütləvi istehsalatda keyfiyyət sistemlərinin qurulması təcrübəsi.
• İstehsalatın optimizasiyası üzrə biliklər.
• Fərqli parça və mürəkkəb modellərlə işləmə təcrübəsi.

 

Biz təklif edirik:
• İstehsalatda real təsir və keyfiyyət sisteminin qurulmasında aparıcı rol.
• Stabil və uzunmüddətli əməkdaşlıq.
• Rəqabətli əməkhaqqı.
• Peşəkar və inkişaf yönümlü mühit.

 

Şərtlər:

Rəsmi əmək müqaviləsi

Maraqlanan namizədlər CV-ni mövzu yerində Baş Tikiş Ustası” qeyd etməklə hr@castex.az mail ünvanına göndərə bilərlər.