Komputerləşmə və İKT

Caspian Textile

İT mühəndisi

Haqqımızda


Biz genişlənən və innovasiyaya yönəlmiş dinamik geyim istehsalı və texnologiya şirkətiyik. Rəqəmsal transformasiya, avtomatlaşdırma və müasir texnoloji həllərin tətbiqini yüksək qiymətləndiririk. Komandamıza istehsal proseslərini optimallaşdırmaq, ERP və digər sistem inteqrasiyalarını həyata keçirmək, eləcə də IT infrastrukturu inkişaf etdirmək üçün təcrübəli və texniki bacarıqlara malik İT/Kodlaşdırma mühəndisi axtarırıq.

Vəzifə öhdəlikləri:

·       Şirkətin veb-saytında müasir rəqəmsal texnologiyaların və avtomatlaşdırma həllərinin tətbiqi və inteqrasiyası

·       Saytın SEO optimizasiyasını təmin etmək və axtarış sistemlərində mövqeyini yaxşılaşdırmaq

·       Mövcud veb-sistemlərin və modulların proqramlaşdırılması, dəstəklənməsi və inkişafı

·       Yeni texnoloji trendləri izləyərək şirkətin rəqəmsal transformasiyasına töhfə vermək

 

Tələblər və Bacarıqlar:

·       Kompüter elmləri, informasiya texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil

·       Proqramlaşdırma bilikləri (Python, JavaScript, PHP və s. dillərdə işləmə təcrübəsi)

·       Veb-sistemlərin inteqrasiyası və API-lərlə işləmə bacarığı

·       SEO alətləri və metodologiyaları üzrə praktiki biliklər

·       Verilənlər bazaları (MySQL, PostgreSQL və s.) ilə işləmə təcrübəsi

·       Veb-saytların təhlükəsizliyi və optimallaşdırılması üzrə anlayış

·       Analitik düşüncə, məsuliyyət və problem həll etmə bacarığı

·       Komanda ilə əməkdaşlıq və işdə operativlik

 

Şərtlər:

Rəsmi əmək müqaviləsi

Maraqlanan namizədlər CV-ni mövzu yerində “IT mühəndisi” qeyd etməklə hr@castex.az mail adresinə göndərə bilərlər.

 

Daha çox blog yazılarımız:

[moreBlogs]