Maliyyə xidmətləri
Xərclər üzrə nəzarətçi - Cost controller
Xərclər üzrə nəzarətçi mal sayımına nəzarət, təhlillər, proqnozlaşdırma, mal-material vəsaitlərinin hərəkəti, xərclərə nəzarət, hesabatlar, müqayisələr və layihələrin büdcələrinin planlaşdırılması, vəsaitlərinin giriş-çıxış statistikasının dövri hesabatlarının hazırlanması, reseptlərin hazırlanması və istehsal prosesinə nəzarət kimi fəaliyyətlərdən məsuldur.
İş yeri: Nərimanov rayonu
Namizədə tələblər:
- Müvafiq sahə üzrə 2-3 illik təcrübə mütləqdir;
- Maliyyə və biznesin idarəedilməsi üzrə ali təhsil üstünlükdür;
- Daxili audit və mühasibatlıq sahəsində təcrübəyə sahib olmaq üstünlükdür;
- Kompüter bilikləri: MC Office (xüsusilə Excel); ERP sistemləri;
- Analitik düşüncə qabiliyyəti;
- Ünsiyyətcil, işgüzar, çevik və məsuliyyətli olmaq.
- Komandada işləmək bacarığı
Əsas məsuliyyətlər:
- Tətbiq olunan xərclərə nəzarət siyasətlərini, prosedurlarını, proseslərini, təlimatlarını, alətlərini və şablonlarını tətbiq etmək.
- Təsdiq edilmiş xərc smetalarına əsaslanaraq müvafiq layihə büdcələrinin işlənib hazırlanılmasını təmin etmək.
- Məqsədlərin və əsas fəaliyyət göstəricilərinin yerinə yetirilməsini təmin etmək üçün xərc performansını real hədəflərlə müqayisə edərək yaxından izləmək.
- Riskləri və xərclərin azaldılması imkanlarını və qeyri-müəyyənlikləri müəyyən etməyə kömək etmək
- Yekun maliyyə sənədlərini və hesabatları hazırlamaq
Qeyd: İş saatı , əmək haqqı və daha ətraflı məlumat iş görüşməsində təcrübədən asılı olaraq təyin olunacaq.
Namizədlərdən mövzu hissəsində vakansiya adını göstərməklə öz CV-lərini elektron poçt ünvanına göndərmələrini xahiş edirik.