Hüquqşünas (Lerik, Şirvan, Lənkəran, Zərdab, İmişli, Göyçay, Şamaxı, Ağcabədi)
Şirkətimizin bölgələrdəki (Lerik, Şirvan, Lənkəran, Zərdab, İmişli, Göyçay, Şamaxı, Ağcabədi) ofislərində hüquqşünas vakansiyaları mövcuddur. Müraciət etmək üçün vəzifə öhdəlikləri və namizədə qarşı tələblərlə tanış olun:
Ümumi vəzifə öhdəlikləri:
- Müəssisədə baş vermiş konfliktli halların həllində iştirak edir, müşahidə edilən pozuntuların aradan qaldırılmasını tələb edir və digər tədbirlər görür, bu barədə departament müdirinə məlumat verir;
- Müəssisənin fəaliyyətin qanunvericiliyə uyğun qaydada həyata keçirilməsinə nəzarət edir;
- Zəruri hallarda müştəriləri aldıqları və ya almaq istədikləri xidmətlərin qanunvericiliyi barədə məlumatlandırır, şikayətlərini qeydə alır;
- İcrasına verilən sənəd və müraciətlərin araşdırılması və cavablandırılmasını həyata keçirir;
- Müəssisədə fəaliyyət göstərən əməkdaşlarının etik davranış qaydalarına əməl etməsinə nəzarət edir;
- Müəssisənin cavabdeh olaraq müəyyən edildiyi məhkəmə proseslərində nümayəndə kimi iştirak edir, zəruri prosessual hərəkətləri aparır;
- Fəaliyyətin və xidmətlərin göstərilməsində istifadə edilən hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı departament müdirinə təkliflər verir;
- Departament müdirinin tapşırığına əsasən arayışlar, hesabatlar və məlumatlar hazırlayır;
- Vəzifəsi üzrə müəssisə rəhbərinin və departament müdirinin tapşırıqlarını yerinə yetirir.
Namizədə qarşı tələblər:
- Hüquq sahəsində ali təhsil;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, hüquqi ekspertiza etmək bacarıqları;
- Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
- Yüksək araşdırma və tədqiqat bacarığı;
- Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
- Məntiqi təfəkkür və hüquqi təhlil, tətbiq bacarığı;
- Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
- Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
Təklif olunan əmək haqqı:1000 AZN (Net)
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 6 oktyabr 2023-cü il tarixidir.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquqşünas” şəklində göstərməyiniz xahiş olunur. Bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.