İnzibati, Biznes və İdarəetmə

Company

İnsan Resursları şöbəsinin Rəhbəri

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-10-25

Vəzifə öhtəlikləri:

  • Şirkətin İnsan resursları şöbəsinin İR strategiyasının hazırlanması və ona uyğun idarə edilməsi;
  • İR standartlarının, İR-nın idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət edilməsi;
  • İşçi qüvvəsinin planlaşdırılması və idarəedilməsi;
  • İR büdcəsinin hazırlanması və icrasına nəzarət edilməsi;
  • Strukturun formalaşdırılması və optimal idarə edilməsi
  • İnsan resursları sisteminin inkişaf prosesinə nəzarət, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması;
  • İş analizlərinin aparılmasının təmin edilməsi;
  • Vəzifə təlimatlarının hazırlanmasının təmin olunması; 
  • Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;
  • İşçi axınının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi;
  • İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi ,
  • yerləşdirilməsi üzrə işin təşkil edilməsi və işə götrülmə prosesi
  • Oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
  • Performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
  • Təlim ehtiyaclarının müəyyən olunması; təlim planının işlənib hazırlanması və yerinə yetirilməsinin təmin ediməsi;
  • Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
  • Kadr kargüzarlığının qanunvericiliyə uyğun olaraq tənzimlənməsi və idarə edilməsi
  • İR proseslərinin avtomatlaşdırılması istiqamətində tədbirlərin icra edilməsi;
  • 18 Rəhbərliyə aylıq, rüblük və illik olaraq müvafiq hesabatların hazırlanması və təqdim edilməsi.
  • 19 Vəzifələri üzrə dərəcələndirmə metodlarını tətbiq edərək dərəcələndirilmənin aparılması

 Tələblər:

  • Restoran sahəsində İnsan Resurslarının idarə olunması üzrə min 3-5 il iş təcrübəsi 
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini əla səviyyədə bilməsi
  • İş fəaliyyətini qanunvericilik və qaydalara uyğun olaraq təşkil etmək
  • Məsuliyyətli, obyektiv və etibarlı
  • Məxfilik və gizlilik prinsiplərini saxlamaq
  • İşə planlı yanaşma və operativlik
  • Təşkilatçılıq, vaxtın idarə edilməsi və tapşırıqların prioritetləşdirilməsi bacarığı
  • MS Office (Excel, Word, PowerPoint) Outlook və 1C proqramlarda İşləmək bacarığı

İş barədə:

  • İş rejimi: 1-6 (Şənbə günü qısaldılmış iş günü) 
  • Nahar şirkət tərəfindən verilir
  • Əmək Haqqı 2000-2500 azn

Tələblərə cavab verən namizədlər  öz CV-lərini “İnsan Resursları şöbəsinin Rəhbəri” başlığı ilə hr.rest.az@gmail.com elektron poçtuna göndərə bilərlər