BakuJobs

İnsan Resursları üzrə Menecer

Yeni
Company
2000 AZN
Baku19 saat əvvəl10 baxış

Vakansiya təsviri

Bakı şəhərində xidmət sahəsində fəaliyyət göstərən şirkət İnsan Resursları üzrə Menecer vəzifəsinə təcrübəli mütəxəssis axtarır.

Vəzifə öhdəlikləri

  • İR strategiyası, siyasət və prosedurlarının hazırlanması və tətbiqi;
  • İR büdcəsinin, işçi qüvvəsi planlamasının və təşkilati strukturun idarə edilməsi;
  • İşə qəbul, adaptasiya və sınaq müddəti proseslərinin idarə edilməsi;
  • Vəzifə təlimatlarının, səriştə tələblərinin və vəzifə dərəcələndirməsinin hazırlanması;
  • Performansın qiymətləndirilməsi, təlim və karyera inkişafı sistemlərinin qurulması;
  • Mükafatlandırma və motivasiya sisteminin formalaşdırılması, kadr axıcılığının azaldılması;
  • Kadr kargüzarlığının qanunvericiliyə uyğun aparılması (əmək haqqı və məzuniyyət hesablamaları daxil olmaqla);
  • Rəhbərliyə dövri İR hesabatlarının təqdim edilməsi.

Tələblər

  • İR, biznesin idarə edilməsi və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • İR sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Əmək Məcəlləsini və işə qəbul metodlarını mükəmməl bilməsi;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı;
  • Güclü ünsiyyət, liderlik və təşkilatçılıq bacarıqları;
  • Məsuliyyətlilik, obyektivlik və məxfiliyə riayət;
  • İngilis dili bilikləri və xidmət sahəsində təcrübə üstünlükdür.

Təklif edirik

  • Əmək haqqı: 2000–2500 AZN;
  • Nahar şirkət tərəfindən təmin olunur.

CV-nizi mövzu hissəsində “İnsan Resursları üzrə Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Mənbə: JobSearch

Oxşar vakansiyalar