İnzibati, Biznes və İdarəetmə

Company

İnzibati işlər şöbəsinin müdiri

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-03-08

Vəzifə öhdəlikləri:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
  • Satınalma Siyasətin və strategiyasının hazırlanması və yenilənmələrində iştirak edilməsi;
  • Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqlar aparmaq;
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatının müəyyənləşdirilməsi.
  • Tender prosesində şirkətin təmsil olunması;
  • Şirkətə daxil olan e-mail, məktub və digər müraciətlərin təhlil edib müvafiq şəkildə cavablandırılması;
  • Müştəri tələbinə görə sifariş edilən malların/xidmətlərin müşaiyətedici sənədlərlə təmin edilməsi (sertifikatlar, texniki məlumatlar və s.);
  • Təkliflərin müştərilərə göndərilməsi və nəticənin izlənməsi;
  • Müştərilər tərəfindən təklif və iradların qeydiyyatı, rəhbərliyə ötürülməsinin təmin edilməsi;
  • Müvafiq müqavilələrin bağlanılması və qeydə alınması;
  • Tədarükçülərə Tender Paketləri/ sənədlərinin verilməsi və müəyyən edilmiş müddətlərə cavab vermək üçün izlənilməsi;
  • Təkliflərin tələblərə uyğun olaraq toplanması və qiymətləndirilməsi;
  • Satınalmaların düzgün işlənməsini təmin etmək üçün digər əlaqəli funksiyalarla (Maliyyə, Təchizat, Logistika, Anbar) yaxından işlənilməsi;
  • Proqram təminatında satınalma əməliyyatlarının təkmilləşdirilməsində fəal iştirak ediməsi;
  • Həvalə olunan sorğuya əsasən tədarükçünün araşdırılması, qiymətləndirilməsi və seçilməsi proseslərinin edilməsi, alınan təkliflərin təhlilinin aparılması, ən uyğun və optimal təklifləri təsdiq üçün Direktora göndərilməsi;
  • Qaimə-fakturanı və invoysun tələb edilməsi, imzalanmış sənədlərin ödəniş üçün Maliyyə və mühasibatlıq şöbəsinə göndərilməsi;
  • Təsərrüfat məqsədləri üçün ayrılmış material və vəsaitin səmərəli işlədilməsinə nəzarət edilməsi;
  • Şirkətdaxili sənəd dövriyəsinin düzgün təşkil edilməsi, arxivin formalaşması və idarəedilməsinin təmin edilməsi;
  • Ofisin nəzdində olanda nəqliyyat vasitələrinin istifadəsinin planlaşdırılması, sənədləşməsinin aparılması, nəqliyyatın təyinatı üzrə  səmərəli istismarına nəzarət, yanacaq sərfiyyatının tənzimlənməsi;
  • Əməkdaşların şirkətdaxili korporativ nömrə, nahar yeməyi, ofis avadanlıqları, mebel və digər təminatlarla təchiz olunması işinin təşkili;
  • Cəmiyyətin bölmələrindəki mebel, təsərrüfat inventarları və idarəetmənin texniki vasitələrinin mühafizəsi və vaxtında təmir olunması işinə nəzarət edilməsi;
  • Cəmiyyətdə keçirilən iclas, konfrans, seminar və eləcə də digər tədbirlərin təsərrüfat xidmətinin təşkil edilməsi;
  • Dövlət qurumları, özəl müəssisə və təşkilatlarla işgüzar əlaqələrin qurulması, işgüzar görüşlərdə etibarnamə əsasında Cəmiyyəti təmsil etmək.
  • Müdriyyət tərəfindən verilən digər işlərə rəhbərlik edilməsi;

Tələblər:

  • Ali təhsil: İqtisadiyyat və ya maliyyə;
  • Tender işləri üzrə rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi;
  • Kompüter bilikləri: peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
  • Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərində yüksək səviyyədə biliklərin olması. 

Bacarıqlar:

  • Təqdimat bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Yaxşı ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşüncə;
  • Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri;
  • Məqsədyönlülük;
  • Emosional stabillik və məsuliyyətli olmaq.

İş şəraiti və təminat:

  • İş rejimi: 6 günlük (şənbə qısaldılmış iş günü);
  • Nahar yeməyi;
  • Korporativ nömrə;
  • İş yeri: Bakı şəhəri;
  • Əmək haqqı müsahibə əsasında.

Xüsusi tələblər:

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını elektron poçtuna göndərə bilər.Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.