
Vakansiya təsviri
Əmək haqqı: 2000–3000 AZN
Əsas vəzifə öhdəlikləri:
- Restoran şəbəkəsinin maliyyə fəaliyyətinin və büdcəsinin idarə olunması;
- Gəlir, xərc və maya dəyərinə nəzarət, rentabelliyin artırılması;
- Pul axınlarının və təchizatçı hesablaşmalarının idarə edilməsi;
- iiko sistemi üzərindən satış, anbar və maliyyə göstəricilərinin təhlili;
- Maliyyə və vergi hesabatlılığına nəzarət;
- Maliyyə komandasının idarə olunması və strateji təkliflərin hazırlanması.
Namizədə tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
- Maliyyə sahəsində rəhbər vəzifədə minimum 3–5 il təcrübə;
- Maliyyə planlaşdırılması, büdcə və vergi qanunvericiliyi üzrə biliklər;
- Excel və ERP sistemləri ilə yüksək səviyyədə işləmə bacarığı;
- Analitik düşünmə və komanda idarəetmə bacarığı;
- ACCA, CFA sertifikatları üstünlükdür.
Restoran sektorunda iş təcrübəsi və iiko proqramı üzrə biliklər üstünlükdür.
Təklif edirik:
- 5 günlük iş qrafiki;
- Rəsmi əmək müqaviləsi;
- Peşəkar iş mühiti və karyera inkişafı.
Tələblərə cavab verən namizədlər CV-lərini "Maliyyə Direktoru" mövzu başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələb olunan bacarıqlar
Mənbə: JobSearch