Marketinq, reklam, çap və nəşriyyat

Company

Marketing director

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2023-07-09

Vəzifə öhdəlikləri:

  • Şirkətin marketinq strategiyasını və planını hazırlayır və ona  uyğun marketinq fəaliyyətini təşkil edir;
  • Dövri marketinq analizlərini edir;
  • Bazar təhlilləri edir və lazımi tədbirlərin keçirilməsi ilə bağlı təklifləri hazırlayıb rəhbərliyə təqdim edir;
  • Reklam agentlikləri və media ilə əlaqələri qurur;
  • Reklam vasitələrinin idarə olunması (reklam materiallarının hazırlanması, çöl reklamı və posterlər)işini təşkil edir;
  • Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat təqdim edir;
  • Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni xidmətlərin reklamını təşkil edir;
  • Digital Marketinq üzrə kampaniyaları təşkil və idarə edir;
  • Şirkətin uğurlu inkişafı üçün uzunmüddətli inkişaf strategiyasını hazırlayır; 
  • Biznesin inkişafı istiqamətində bazarı daim təhlil edir, rəqib şirkətlərin fəaliyyət strategiyasını izləyir;
  • Şirkətin hədəf auditoriyasını araşdırır;
  • Müştəri bazasını möhkəmləndirmək və genişləndirmək istiqamətində işlər görür;
  • Şirkətlə bağlı yayılan və dərc olunan məlumatları,“press reliz”ləri, KİV və sosial medianı daim nəzarətdə saxlayır;

Tələblər:

  • Ali təhsil (Marketinq, menecment və yaxın sahələr üzrə)
  • Analoji sahədə ən az 5-7 il iş təcrübəsi (İstehsalat müəssisəsində iş təcrübəsi üstünlükdür);
  • Mükəmməl Azərbaycan, İngilis və Rus dilləri bacarığı;
  • Güclü analitik və layihələri idarə etmə qabiliyyəti;
  • Yaradıcı və yenilikçi düşünmə bacarığı;
  • Güclü ünsiyyət və qərar qəbul etmə qabiliyyəti;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək bacarığı.
  • Düzgün proqlamlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarığı.

Təminatlar:

  • 5 günlük iş həftəsi;
  • Nahar və servis xidməti şirkət tərəfindən təmin olunur.
  • İş yeri Binə qəsəbəsində yerləşir.
  • Əmək haqqı namizədin iş təcrübəsinə bilik və bacarığına əsasən (3000-7000 manat) təyin olunur.