Xarici əlaqələr üzrə mütəxəssis
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-04-26
İş yeri: Bakı şəhəri;
Vəzifə öhdəlikləri:
- Tələb olunan məhsul/xidmət üzrə bazar araşdırmasının aparılması və analiz edilməsi;
- Tədarükçü şirkətlərlə danışıqların aparılması;
- Tədarükçü şirkətlərin fəaliyyətlərinin analizinin aparılması;
- Satınalma prosesinin prosedurlara uyğun həyata keçirilməsi;
- 1C proqramı üzərindən əməliyyatların həyata keçirilməsi;
- Təchizat üzrə sənədləşmələrin düzgün şəkildə yerinə yetirilməsi;
- Ölkə xarici logistika işlərinin təşkil edilməsinə nəzarət edilməsi;
- Məhsulların xaricdən gətirilib anbara təhvil verilməsinə nəzarət edilməsi;
- Görülən işlər barədə aylıq və illik hesabatların aparılması;
- Təqdim olunan qiymət təkliflərinin kommersiya analizinin edilməsi;
- Tədarükçü bazasının yaradılması və idarə edilməsi;
- Kənd təsərrüfatı qanunvericiliyində yeniliklərin izlənməsi;
- Mallar üçün ödəmə şərtlərinə riayət olunmasına nəzarət edilməsi;
- Anbar qalıqlarını təqib etmək və satınalma yolu ilə alınacaq məhsulları müəyyən edərək müvafiq planlama həyata keçirmək;
Tələblər:
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il;
- Təhsil: Ali;
- Azərbaycan və rus dili – sərbəst, İngilis dili – yaxşı səviyyədə;
- Kənd təsərrüfatı sahəsində təhsil və təcrübə üstünlükdür;
- Problem həll etmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
İş şərtləri:
- 6 günlük (şənbə günü qısa iş günüdür) iş həftəsi;
- İstirahət günü: Bazar
- Əməkhaqqı: 500-600 AZN
Müraciət qaydaları:
CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Xarici əlaqələr üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.