Maliyyə xidmətləri

Company

Xərclər üzrə mühasib

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2023-06-23

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə min. 2 il
Təhsil: Ali (Mühasibatlıq, Maliyyə)

Vəzifə öhdəlikləri:

  • Daxil olan avans hesabatlarının yoxlanılması, səhvlərin araşdırılması və əməliyyatların düzgün yerinə yetirilməsi;
  • Xərclərin profit-loss maddələrinə uyğun proqrama daxil edilməsi;
  • Struktur üzrə xərclərin analiz olunaraq uyğun departamentlərə aid edilməsi;
  • Məlumatların proqrama düzgün və real vaxtlarda daxil edilməsi;
  • Şirkətin tətbiq etdiyi xərc standartları, həmçinin limitlərinin yoxlanılması və nəzarət olunması;
  • Ödənişlər üzrə təsdiqedici sənədlərin tələb olunması və arxivləşməsinin təmin edilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar.

Namizədə tələblər:

  • Maliyyə (iqtisadiyyat) sahəsi üzrə ail təhsil;
  • Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi;
  • Logo, Excel proqramlarında işləmək bacarığı;
  • Analitik düşüncə və hesablama qabiliyyəti;
  • Məsuliyyət, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaş həddi 22-35.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Karyera yüksəlişi imkanı;
  • Korporativ mobil nömrə.

Müraciət qaydaları:

CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Xərclər üzrə mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.