Marketinq Müdiri
İşin təsviri:
- Şirkətin kommersiya və satış strukturlarının hədəflərinə nail olması istiqamətində müvafiq marketinq kommunikasiyaları işlərinin təşkili və büdcənin idarə edilməsi;
- Bazarın vəziyyətinin araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozları və hesabatları hazırlamaq;
- İndiki və gələcək bazar tendensiyasını təyin etmək və qiymətləndirməklə hazırkı və gələcək məhsullara təsir göstərmək;
- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışların aparılması və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verilməsi;
- Bazarın inkişaf statistikasının analizinə uyğun olaraq mövcud olan məhsulların istifadəsinin inkişafı;
- Yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırıb, problemlərin səbəblərini araşdırıb və gələcəkdə yarana biləcək problemlərin profilaktikası məqsədilə önləyici tədbirlərin həyata keçirlməsi;
- CRM proseslərinin səmərəliliyinin təmin edilməsi.
Tələblər:
- Ali təhsil (marketinq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
- Biznes danışıqları aparmaq bacarığı;
- Marketinq sahəsi üzrə 5 il iş təcrübəsi(rəhbər olaraq 3 il);
- Analtik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti;
- Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyəti;
- Azərbaycan dili səlis, ingilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır;
- Marketinq sahəsi üzrə sertifikatların olması üstünlükdür;
- Kompüter bilikləri: Microsoft Office, Outlook əla səviyyədə bilmək.
Əlavə məlumatlar:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:00-17:00;
- Nahar və servis şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq;
- Ünvan: Xırdalan şəh, Sumqayıt şossesi döngə 1, nömrə 50
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq Müdiri” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.