İnzibati, Biznes və İdarəetmə

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi

Data analitik üzrə aparıcı mütəxəssis

"DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların informasiya-kommunikasiya məsələlərinin vahid şəkildə idarə edilməsi, Nazirliyin informasiya texnologiyaları siyasətinin müəyyənləşdirilməsi, dövlət və qeyri-dövlət qurumlarının informasiya bazaları ilə qarşılıqlı inteqrasiyanın, habelə elektron xidmətlərin təşkili və dayanıqlılığının təmin olunması, informasiya sistemlərinə peşəkar dəstəyin göstərilməsi və inkişaf etdirilməsi, informasiya sistemlərinin səmərəli və təhlükəsiz işinin təmin edilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətlərində fəaliyyət göstərir.

 

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində çalışmağın üstünlükləri:

 

  • informasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
  • karyera irəliləyişlərində yaradılan imkanlar;
  • daxili və xarici təlimlərdə iştirak; 
  • beynəlxalq sertifikatların əldə edilməsi üçün imkanların yaradılması;
  • Mərkəzdaxili aktiv sosial həyat.

 

VƏZİFƏ: Data analitik üzrə aparıcı mütəxəssis

 

 

VƏZİFƏ FUNKSİYALARI:

 

  • yeni təhlilləri hazırlamaq və bu istiqamətdə təkliflər vermək;
  • vizuallaşdırılmış təhlilləri optimallaşdırmaq;
  • gündəlik təhlil apararaq məlumatlarda olan uyğunsuzluqları aşkarlamaq;
  • gündəlik, aylıq, rüblük hesabatları hazırlamaq;
  • məlumatların təmizlənərək daha anlaşılan formalarını hazırlamaq;
  • hazırlanmış təhlilləri gündəlik olaraq dayanıqlılığını təmin etmək;
  • fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:

 

  • ali təhsil;
  • biznes analitik kimi azı 1 il iş təcrübəsi;
  • Tableau və PowerBI bilikləri;
  • müxtəlif bazalarla iş təcrübəsi (Oracle arzuolunandır);
  • SQL (Oracle və Postgres) və PL/SQL üzrə biliklər;
  • MS Office proqramları (Excel bilikləri yüksək səviyyədə);
  • Riyazi təhlillər aparma bacarığı.

 

VƏZİFƏYƏ DAİR TƏLƏB EDİLƏN ŞƏXSİ KEYFİYYƏTLƏR VƏ BACARIQLAR:

 

  • Peşəkarlıq və məsuliyyətlilik
  • Detallar üzrə diqqətlilik
  • Komanda işi
  • Planlama və təşkiletmə
  • Aktiv öyrənmə bacarığı
  • Vaxtın idarəedilməsi
  • Problem analiz etmə

 

Göstərilən tələblərə cavab verən namizədlərdən müraciətin mövzu hissəsinə “Data analitik üzrə aparıcı mütəxəssis” qeyd etməklə CV-lərini rim_cv@sosial.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Daha çox blog yazılarımız:

[moreBlogs]