İnzibati, Biznes və İdarəetmə

Strateji planlama və təhlil üzrə mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2026-02-13

İş barədə məlumat:

  • Şöbə: Strateji planma və təhlil şöbəsi
  • İş yeri: Bakı
  • İş şəraiti: Standart- ofis
  • İş rejimi: 5 günlük 09:00-18:00

Namizədə tələblər:

  • Təhsil: Ali təhsil (Maliyyə, İqtisadiyyat, İdarəetmə sahələri üzrə arzuolunandır);
  • Tələb olunan iş təcrübəsi: Proqnoz, təhlil, araşdırma sahələrində üzrə ən azı 1 il təcrübə; 
  • Dil bacarığı: Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
  • Kompüter bacarığı: MS Office – yüksək səviyyədə,PowerPoint – yüksək səviyyədə,Python və SQL bilikləri arzuolunandır.

Digər tələblər:

  • Dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Analitik düşünmə qabiliyyəti, rəqəmlərlə işləmək bacarığı;
  • Böyük həcmli məlumat bazası ilə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Strateji əhəmiyyətli malların təyin edilməsi səviyyəsinin monitorinqini mütəmadi olaraq aparmaq;
  • Strateji əhəmiyyətli malların qiymətlərinin kəskin dəyişməsi və ya təchizatı ilə bağlı risklərin müəyyən edilməsi məqsədi ilə monitorinqlər aparmaq (daxili və xarici bazar araşdırılması, makroiqtisadi göstəricilərin təhlili və s.)
  • Strateji əhəmiyyətli malların ölkədə dövriyyəsi üzrə proqnozların hazırlanmasında iştirak etmək;
  • Strateji malların tədarükü üzrə proqnozlaşdırılmasının hazırlanmasında iştirak etmək;
  • Tapşırıqlara uyğun olaraq məlumatları toplamaq,bazar araşdırması aparmaq, xarici mənbələrdən istifadə etməklə analitik məlumat hazırlamaq;
  • Statistik datalardan istifadə etməklə risk qiymətləndirilməsini aparmaq, proqnoz vermək və nəticə çıxarılmasını həyata keçirmək.

Müraciət qaydası: Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Strateji planlama və təhlil üzrə mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.