İnzibati, Biznes və İdarəetmə

Dövlət qurumu

Bərpa departamentinin müdir müavini

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-06-16

Vəzifə öhdəlikləri:

  • Bərpa və yenidənqurma işləri üzrə tapşırıqların yerinə yetirilməsində iştirak etmək;
  • Yerinə yetirilən tikinti-quraşdırma işlərinin həcminin, dəyərinin və keyfiyyətinin layihə-smeta sənədlərinə, texniki şərtlərə uyğun olunmasına nəzarət etmək;
  • Tikinti və yenidənqurma işləri üzrə illik və perspektiv planlarının işlənib hazırlanmasında iştirak etmək;
  • Obyektlərin tikintisinə texniki nəzarəti, bütün göstəriş və tövsiyələrin vaxtı-vaxtında yerinə yetirilməsini yoxlamaq;
  • Layihələndirmə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsini nəzarətdə saxlamaq, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasını, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu yoxlamaq;
  • Tabeliyində olan digər struktur bölmələrin fəaliyyətini koordinasiya etmək.

Namizədə dair tələblər:

  • Sahə üzrə minimum 6 il iş təcrübəsi;
  • İnşaat mühəndisliyi ixtisası üzrə tam ali təhsil (bakalavr və magistr);
  • Yüksək səviyyədə ünsiyyət, tələbkarlılıq, idarəetmə, və rəhbərlik etmə bacarığı;
  • Məsuliyyətlilik, detallara nəzarət, operativlik;
  • Qrup və fərdlər qarşısında təqdimat bacarıqları və təcrübəsi;
  • Komandada və fərdi şəkildə işləmə bacarığı;
  • Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
  • Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması;
  • Tikinti obyektlərinin layihələndirmə məsələlərinə aid tikinti istehsalatının texnologiyası iqtisadiyyatın və eləcə də istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməli;
  • Kompüter bacarıqları: MS Office, Autocad.

Əmək şəraiti:

  • İş rejimi: 5 gün;
  • İş yeri: Bakı və Qarabağ ərazisi.

Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan e-mail ünvanına mövzu hissəsində “Bərpa departamentinin müdir müavini” yazmaqla göndərə bilərlər. 

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.