Digər

Dövlət qurumu

Böyük Arxivçi

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2023-10-06

Vəzifə öhdəlikləri:

  • Arxiv mühafizəxanasının yaradılmasını, sənədlərin mühafizəsi, qeydiyyatı və səmərəli yerləşdirilməsi işinin təmin edilməsi; 
  • Dövlət mühafizəsinə vermək üçün seçilən sənədlərin keyfiyyətinə nəzarət edilməsi;
  • Qurumda mühafizə olunan sənədlərin vəziyyəti və həcmi barədə hesabatın tərtib edilməsi;
  • Arxiv şöbəsinə təhvil verilməli olan qovluq və bağlamaların müvafiq prosedurun tələblərinə əsasən yoxlanılaraq təhvil – təslim aktı əsasənda qəbul edilməsi;
  • Qəbul edilmiş qovluq və bağlamaların uyğun xronoloji ardıcıllıq üzrə rəflərə yığılması;
  • Ehtiyac yarandıqda sənədlərin tarix və aidiyyəti üzrə qruplaşdırılması, qovluqlara yerləşdirilməsi və reyestrinin tərtib edilməsi;
  • Bəzi arxiv sənədlərinin elektron məlumat daşıyıcılarında (scan formada) əks etdirilməsi və sorğu verən struktur bölməyə və/və ya vəzifəli şəxsə elektron sistem vasitəsi ilə göndərilməsi;
  • Saxlanma müddəti başa çatmış sənədlərin ayırılması və bu barədə müvafiq aktın tərtib edilməsi.

Tələblər:

  • Ali təhsil; 
  • Arxiv sahəsi üzrə minimum 5 il iş təcrübəsinə malik olmaq.

Əmək şəraiti:

  • İş rejimi: 5 gün/ 09:00 – 18:00;
  • Əmək haqqı razılaşma yolu ilə.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.