Direktorun köməkçisi (baş məsləhətçi)
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2023-12-04
Vəzifə öhdəlikləri:
- Qurumun texniki struktur bölmələrinin fəaliyyətinin istiqamətləndirilməsi və əlaqələndirilməsində iştirak edir;
- Qurumun əmək və texniki fəaliyyət üzrə istiqamətlərinin təşkilində yeni texnika və proqressiv texnologiyaların tətbiqi vasitəsilə yüksək inkişaf templərinə nail olmaq və əmək məhsuldarlığının artırılması məqsədilə struktur bölmələrin fəaliyyətinin əlaqələndirilməsində iştirak edir;
- Qüvvədə olan dövlət standartlarına uyğun texniki fəaliyyətin aparılmasına nəzarət edir;
- Layihədə material ehtiyatlarının sərfinin, çeşidinin, nomenklaturasının standartlara, texniki sənədlərə uyğunluğunun təmin edilməsi və onlara nəzarətin aparılmasını həyata keçirir;
- Layihələrdə aparılan işlərin inşaat-texniki normalar çərçivəsində yüksək keyfiyyətlə yerinə yetirilməsinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görür;
- Tikinti sahələrində yanğından mühafizə, sanitariya-gigiyena normalarının tələblərinə riayət edilməsi, əməyin, ətraf mühitin mühafizəsi, və təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edilməsinin təşkilinə nəzarət edir;
- Podratçı şirkətlərin mütəmadi olaraq tikinti-inşaata dair işlərin tələblərə uyğun yerinə yetirilməsinin yoxlanılmasını təmin edir;
- Digər dövlət qurumları ilə işin təşkilini, yazışmalarını təmin edir.
Tələblər:
- İnşaat üzrə ali təhsil;
- İnşaatda- dövlət qurumları ilə iş üzrə minimum 5 il iş təcrübəsi;
- İnşaat aspektləri ilə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı.
Əmək şəraiti:
- İş rejimi: 5 gün/ 09:00 – 18:00;
- Əmək haqqı 2000 azn (net) və kollektiv mükafatlar.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.