İnzibati, Biznes və İdarəetmə

Dövlət qurumu

Hüquq, insan resurslarının idarə edilməsi, sənəd dövriyyəsi və ictimaiyyətlə əlaqələr departamentinin müdiri

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-10-01

İş yeri: Zəngilan, Ağalı
Vəzifə funksiyaları:

  • Xidmətdə hüquq, insan resurslarının idarə edilməsi, sənəd dövriyyəsi və ictimaiyyətlə əlaqələr şöbələrinin işinin təşkilinin və təkmilləşdirilməsinin həyata keçirilməsini təmin etmək. 
  • Hüquqi işlərə metodik rəhbərlik,  iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak etmək;
  • Qayda və təlimatlara uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədlərin rəsmiləşdirilməsində hüquqi dəstək vermək;
  • Başqa bölmələrin sorğusu əsasında, Xidmətdə  müxtəlif  əmr və digər normativ sənədlərin hazırlanmasını təşkil etmək, qüvvədə olan sənədlərə dəyişikliklər etmək və qüvvəsini itirənlərin ləğv edilməsi haqqında təkliflər hazırlamaq;
  • Xidmətin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, daxili normativ aktlara hüquqi rəy vermək;
  • Xidmətdə kargüzarlıq, sənəd dövriyyəsi və arxiv işinin təşkilinin və təkmilləşdirilməsinin həyata keçirilməsini təmin etmək; 
  • Xidmətdən xaric olan sənədlərin tələb olunan formada, qaydada tərtib olunmasını, göstərilən ünvanların düzgünlüyünü yoxlamaq, müvafiq səhvlər aşkar edildikdə səbəbləri göstərilməklə sənədi Xidmətin müvafiq strukturlarına geri qaytarmaq; 
  • Xidmətin fəaliyyəti ilə bağlı ictimai tədbirləri, PR aksiyalarını və digər tədbirləri keçirmək;
  • Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, mediadan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
  • Xidmətdə hüquq, insan resurslarının idarə edilməsi, sənəd dövriyyəsi və ictimaiyyətlə əlaqələr şöbələrinin işinin təşkilinin və təkmilləşdirilməsinin həyata keçirilməsini təmin etmək.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Hüquq sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 8 il iş təcrübəsi;
  • Dövlət qurumlarında iş təcrübəsi olanlara üstünlük veriləcək;
  • Yüksək səviyyədə kompüter və ofis proqramları barədə biliklər.

Əmək şəraiti:

  • İşin icrası üçün lazımi şərait təmin olunur
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada mükafatlandırma nəzərdə tutulur.
  • İldə 3 dəfə bir vəzifə maaşı qədər mükafat;
  • 5 günlük iş həftəsi (həftəiçi iş rejimi).

Müraciət etmə qaydaları:

Xahiş olunur CV-lərinizi e-poçtun mövzu (“subject”) hissəsində “Departament müdiri” qeyd etməklə Müraciət Et düyməsində yerləşən mail adresinə göndərəsiniz.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.