Hüquq və məhkəmə xidmətləri

Dövlət qurumu

Hüquqşünas (böyük mütəxəssis)

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-10-09

İş Yeri:  Bakı şəhəri

İş Rejimi:  5 günlük 09:00-18:00

Sığorta:  İcbari

Namızədə tələblər:

  • Təhsil :  Bakalavr (Hüquq sahəsi, hüquqşünas)
  • İş təcrübəsi :  Müvafiq sahə üzrə minimum 3 il təcrübə
  • Aşağıdakı tələblərə cavab verən namizədlərə üstünlük veriləcəkdir:
  • Normativ hüquqi akt layihələrinin hazırlanması və hüquqi ekspertizasını həyata keçirən namizədlərə;
  • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə işləyən namizədlərə.

Xüsusi biliklər: 

  • Azərbaycan dilini sərbəst bilməli, rus dili orta səviyyədə, ingilis dili arzuolunandır;
  • Dövlət və qeyri-dövlət müəssisləri ilə danışıqların aparılması qabiliyyəti. 

Böyük mütəxəssis bacarmalıdır:

  • Bütün növ müqavilələrin hazırlanması və hüquqi ekspertizası;
  • Məktub, əmr, etibarnamə və digər hüquqi sənədlərin hazırlanması və hüquqi ekspertizası;
  • Kənar və daxili sorğuların cavablandırılması;
  • Qanunvericiliyin təhlili və təhlilin nəticələrinə dair rəyin verilməsi;

Vəzifə öhdəlikləri:

  • Hüquqi sənədləri hazırlamaq və rəsmiləşdirmək;
  • Sənədlərin hüquqi ekspertizasını həyata keçirmək;
  • Məhkəmələrdə təmsilçilik və məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların və s.) hazırlamaq;
  • Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələləri qanunvercilik çərçivəsində həll etmək;
  • Məhkəmədə və digər dövlət orqanlarında müəssisənin hüquqi nümayəndəsi kimi çıxış etmək;
  • İşçilər ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməklik göstərmək.                                                                                                                    

Əmək haqqı razılaşma əsasında;

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Hüquqşünas (böyük mütəxəssis) qeyd etməklə hr@dea.az  elektron ünvanına göndərmələri xahiş olunur. 

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.