Komputerləşmə və İKT

Dövlət qurumu

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-09-01

Namizədlə bağlı tələblər:

  • ISO 27001, ISO 22301, ISO 31000, ISO 20000, PCI DSS, COBIT, ITIL və s. kimi standardlar haqqında ümumi biliklərin olması;
  • Sistem, şəbəkə adminstratorluğu, Unix, Windows və s. əməliyyat sistemləri, Oracle, SQL biliklərinin olması;
  • Virtualizasiya texnologiyaları (ESXi, Hyper-V) biliklərinin olması;
  • Log/Event araşdırılması üzrə biliklərin olması;
  • SIEM texnologiyaları haqqında biliklərin olması;
  • DLP texnologiyaları haqqında biliklərin olması
  • İT proseslər ilə əlaqəli sənədlərlə işləmək, yeni sənədlərin yaradılması və idarə olunması təcrübəsinin olması

Arzu olunan bilik və bacarıqlar:

  • CISA, CIA, CISM, CISSP, ISO 27001 LA, ISO 31001 LA sertifikatları olanlara üstünlük verilir;
  • Müvafiq sahə üzrə beynəlxalq sertifikatların olması
  • İngilis və rus dillərində ünsiyyət bacarığı

İş şərtləri:

  • İş vaxtı: həftədə 5 gün 09:00-dan 18:00-dək;
  • Əmək haqqı: 800-1000 AZN

Vəzifə öhdəlikləri:

  • İT Təhlükəsizliyi və kiber nəzarətlərin effektiv işləməsinin təmin edilməsi və təkmilləşdirilmə üçün tövsiyyələrin verilməsi;
  • Təhlükəsizlik mexanizmlərin və həllərin inkişafında iştirak; 
  • Təhlükəsizlik pozuntuları və pozuntuların yaratdığı zərərin dərəcəsini təsdiq edən hesabatların hazırlanması;
  • İT  kiber təhlükəsizliyi nəzarətinin hazırki vəziyyətinə dair qiymətləndirmələrin nəzərdən keçirilməsi və təqdim edilməsi;
  • Şirkətin İT Təhlükəsizliyi sahəsində maarifləndirilməsinə və əlaqəli fəaliyyət üçün kömək göstərilməsi;
  • İT  təhlükəsizlyi siyasətlərinə, standartlarına, qayda və proseduralarına riayət edilməsinə nəzarət;
  • Rəhbərliyin göstərişi ilə istifadəçilərin server və işçi stansiyalardan istifadəsi, vaxt və resurslardan istifadə dərəcəsi üzrə məhdudiyyətlərin qoyulması;
  • Şəbəkənin monitorinqinin aparılması, aşkar olunan müdaxilələr və görülmüş tədbirlər barədə rəhbərliyə vaxtında məlumatın verilməsi;

Maraqlanan namizədlər mövzu yerində “İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis” yazmaqla öz CV-lərini email ünvanına göndərə bilərlər.