İnşaat üzrə aparıcı mühəndis
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2023-12-28
Vəzifənin profilinə aşağıdakılar daxildir:
- Ali texniki təhsil (İnşaat mühəndisliyi və bənzər ixtisaslar arzuolunandır);
- Sahə üzrə minimum 3 il iş təcrübəsi.
Bilməlidir:
- Ofis proqramları;
- Azərbaycan dili sərbəst, türk, rus və ingilis dili arzuolunandır.
Müvafiq sahə üzrə əsas biliklər:
- Layihə-smeta sənədləri üzrə biliklər;
- İnşaat sahəsi üzrə xüsusilə hidrotexniki qurğular, hidravlika və su sahəsi üzrə biliklər;
- Nasos qurğuları barədə mexaniki biliklər.
Davranış Bacarıqları:
- Analiz və təhlil bacarıqları;
- Təqdimat bacarığı;
- Təhlil bacarıqları;
- İdarəçilik və təşkilati bacarıqlar.
Öhdəliklər:
- Sahənin işinə və onun işçilərinə ümumi rəhbərliyin həyata keçirilməsində sahə rəisinə köməklik göstərmək;
- İnşaat və təmir sahəsinə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədi ilə iş planının tərtib edilməsində iştirak etmək;
- İş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət etmək;
- Sahəsi üzrə işlərin planlaşdırılması, plan əsasında onların icrasını təmin etmək;
- Su anbarlarının idarə edilməsi və təmir işlərini təmin etmək.
Əmək haqqı: Müsahibə mərhələsində razılaşdırılacaq.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “ İnşaat üzrə aparıcı mühəndis ” yazaraq göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.