İnzibati, Biznes və İdarəetmə

Dövlət qurumu

İnsan resursları departamentinin rəhbəri

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-08-31

Vəzifə öhdəlikləri:

  • İnsan resursları departamentinin işinin təşkili;
  • İnsan resurslarının planlaşdırılması və idarə olunması;
  • İnsan resursları strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • İnsan resursları üzrə proses və prosedurların, Əsasnamə, siyasət, qaydaların hazırlanması, yenilənməsi və təkmilləşdirilməsi;
  • Şirkətin strateji hədəflərinə xidmət göstərən əməliyyat planlarının icrasının təmin olunması;
  • İnsan resurlarına dair kargüzarlıq işinin, habelə sənədləşmə prosesinin AR Əmək Qanunvericiliyinə müvafiq olaraq düzgün aparılmasının təşkili;
  • Performans idarəetmə sisteminin qurulması və həyata keçirilməsinə nəzarət;
  • Daxili müştəri məmnuniyyətinin ölçülməsi, nəticələrin təhlili və lazımi tədbirlərin həyata keçirilməsi;
  • Davamçılığın planlaşdırılması üzrə fəaliyyətin həyata keçirilməsinə nəzarət;
  • Təlim və inkişaf sisteminin qurulması və nəzarət;
  • İşçilərin inkişafına və karyera yolunun planlaşdırılmasına dəstək;
  • Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
  • Şirkət mədəniyyətinin formalaşdırılması və təkmilləşdirilməsi məqsədi ilə müxtəlif layihə, təlim və proqramların hazırlanması və tətbiq edilməsi;
  • Daxili nizam-intizama nəzarət edilməsi;
  • İnsan resurları üzrə müxtəlif hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

Tələb olunan bilik və bacarıqlar:

  • Biznes, İdarəetmə, İqtisadiyyat və ya İnsan resursları üzrə ali təhsil
  • AR Əmək qanunvericiliyi bilikləri
  • İnsan resursları departamentinin rəhbəri vəzifəsi üzrə minimum 5 il iş təcrübəsi
  • İşçi heyətinin Planlaması, İşə Qəbul, Əmək Fəaliyyətinin Qiymətləndirilməsi, Motivasiya və Təlim Sistemlərinin qurulmasında təcrübə
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı
  • İR proqram təminatları ilə işləmə təcrübəsi 
  • İR sahəsi üzrə SHRM-CP & SHRM-SCP, HRCI, CIPD kimi sertifikatlar arzuolunandır
  • Azərbaycan dili , rus dili və ingilis dilləri üstünlükdür

Şəxsi keyfiyyətlər:

  • Liderlik xüsusiyyətləri;
  • Təşkilatçılıq bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Diqqətli və məsuliyyətlik.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər.