İnzibati, Biznes və İdarəetmə

Dövlət qurumu

İş yerlərinin attestasiyası, sertifikatlaşdırma və standartlaşdırma departamentinin Müdiri

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-03-29

Vəzifə öhdəlikləri:

  • Departamentin cari fəaliyyətinə rəhbərlik etmək və fəaliyyətini təşkil etmək,  işçilər arasında iş bölgüsünü aparmaq, işçilərin işə davamiyyətinə və əmək intizamına nəzarət etmək;
  • Təşkilati-sərəncamverici sənədlərlə verilmiş tapşırıqların  vaxtında, tam və mahiyyəti üzrə icra olunmasına nəzarət etmək;
  • Nazirlik, Xidmət və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə keçirilən yerli və beynəlxalq tədbirlərdə Mərkəzi təmsil etmək;
  • İş yerlərinin attestasiyasının keçirilməsinə hazırlıqla bağlı məsləhət xidmətləri və metodiki dəstək göstərilməsini təmin etmək;
  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin faktiki göstəricilərini müəyyən edilməsinə nəzarət etmək;
  • İş yerlərinin zədə təhlükəsizliyini qiymətləndirilməsinə nəzarət etmək;
  • Işçilərin fərdi mühafizə vasitəsi ilə təmin edilmələrinin qiymətləndirilməsinə nəzarət etmək;
  • İş yerlərində iş şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsinə nəzarət etmək;
  • Təhlükəli və zərərli istehsal amillərinin parametrlərinin ölçülməsi, əmək prosseslərinin ağırlıq və gərginlik göstəricilərinin müəyyən olunması məqsədi ilə laboratoriya xidmətləri göstərilməsini təmin etmək;
  • Fərdi və kollektiv mühafizə vasitələrinin sınaqlarının keçirilməsi və sertifikatlaşdırma sahəsində xidmətlərin göstərilməsini təmin etmək;
  • Müvafiq labaratoyayaların yaradılmasını və fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
  • Sertifikatlaşdırma və sınaq prosesləri üçün strategiya hazırlanmasını təmin etmək;
  • Sahə üzrə standartların hazırlanması və qeydiyyatı üçün müvafiq tədbirlər görmək
  • Müvafiq sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək;
  • Müvafiq sahə üzrə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, fəaliyyət istiqamətlərinə uyğun sahələrdə elmi-texniki nailiyyətlərinin tətbiq edilməsinə dair təkliflər vermək;
  • Daxil olmuş müraciətlərə qanuna uyğun baxmaq, qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək, işəgötürənləri, onların nümayəndələrini və vətəndaşları qəbul etmək;
  • Şöbənin fəaliyyət istiqaməti üzrə hesabat vermək;
  • Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
  • Qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

Namizədə dair tələblər:

  • Təhsil: müvafiq sahə üzrə ali təhsil
  • İş stajı: 5 il müvafiq sahə üzrə iş stajı (rəhbər vəzifələrdə 2 il)
  • Kompüter bilikləri: MS WINDOWS, MS OFFICE, INTERNET və s (yüksək səviyyədə);
  • Xarici dil bilikləri: ingilis-dili B2, rus-dili B2
  • Üstünlük: müvafiq sahə üzrə sertifikat
  • Fərdi keyfiyyət: komanda qurmaq, təhlil aparmaq, problem həll etmək, qərar vermək, peşə biliyi, yazılı və şifahi nitq bacarığı