Konstruktor
Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2023-10-06
Vəzifə öhdəlikləri:
- Toplantılar keçirmək, hesabatlar tərtib etmək, sənədlər hazırlamaq və müqavilə çərçivəsində sahibkar, konstruktor və subpodratçılar ilə danışıqlar aparmaqda layihə menecerinə köməklik göstərmək;
- İş həcminə nəzarət etmək, dəyişiklik edilmiş sənədlərin hazırlanmasına yardım etmək və daxili təsirləri təhlil etmək;
- Layihənin təhlilinə və hesabatların hazırlanmasına köməklik etmək, layihə ilə əlaqədar bütün suallara aydınlıq gətirmək;
- İşlərin, hazırlanacaq konstruksiyaların texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsinin, eləcə də onların standartlaşmış vahid şəklə salınmış hissə və yığım vahidlərindən istifadəsini təmin etmək;
- Layihə olunacaq məhsulun texniki göstəricilərinin səviyyəsini təmin etmək;
- Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığının tərtib edilməsi;
- İşçi layihələrini yoxlamaq və çertyojların, işin ixtisas və ya profil üzrə nəzarətini keçirmək, mürəkkəb hissələrin naturadan eskizini çıxarmaq;
- Layihə üzrə texniki hesablamaları aparmaq və layihə olunacaq konstruksiyanın effektivliyini təhlil etmək, konstruksiyaların istismarı üçün təlimat, onu aydınlaşdırıcı yazı, texniki səviyyə xəritəsi, pasport (o cümlədən patent və lisenziya), sınaq üçün proqramlar, texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrinin və başqa texniki sənədləri tərtib etmək;
- Başqa müəssisə və təşkilatlardan gələn konstruktor sənədlərinin onlardan gələcəkdə layihələşdirmə və konstruksiya işində istifadə etmək məqsədi ilə öyrənmək və təhlil etmək;
- İşlənib hazırlanmış layihələri müəssisə, idarə və təşkilatların başqa bölmələri, sifarişçi və nəzarət orqanları nümayəndələri ilə razılaşdırmaq, işlənib hazırlanmış konstruksiyanı iqtisadi cəhətdən əsaslandırmaq;
- Layihəçi təşkilatçılar tərəfindən göndərilən layihələrin СНП ГОСТ AzDTN normalarına uyğunluğunu yoxlamaq.
Namizədə dair tələblər:
- Layihələndirmə (yaxud əlaqədar sahədə) üzrə təhsil, yalnız inşaatçı mühəndis;
- Kompyuter bacarıgları: AutoCad, Archi Cad, Lira 9.6.
- Sahə üzrə ən azı 3 il iş təcrübəsi
Əmək şəraiti:
- İş rejimi: 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: 2026 AZN (net)
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.