İnşaat və tikinti

Dövlət qurumu

Konstruktor

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-06-16

Vəzifə öhdəlikləri:

  • Toplantılar keçirmək, hesabatlar tərtib etmək, sənədlər hazırlamaq və müqavilə çərçivəsində sahibkar, konstruktor və subpodratçılar ilə danışıqlar aparmaqda layihə menecerinə köməklik göstərilməsi;
  • İş həcminə nəzarət edilməsi, dəyişiklik edilmiş sənədlərin hazırlanmasına yardım etmək və daxili təsirlərin təhlil edilməsi;
  • Layihənin təhlilinə və hesabatların hazırlanmasına köməklik edilməsi, layihə ilə əlaqədar bütün suallara aydınlıq gətirilməsi;
  • İşlərin, hazırlanacaq konstruksiyaların texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsinin, eləcə də onların standartlaşmış vahid şəklə salınmış hissə və yığım vahidlərindən istifadəsinin təmin edilməsi;
  • Layihə olunacaq məhsulun texniki göstəricilərinin səviyyəsini təmin etmək; 
  • Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığının tərtib edilməsi;
  • İşçi layihələrinin yoxlanması və çertyojların, işin ixtisas və ya profil üzrə nəzarətinin keçirilməsi, mürəkkəb hissələrin naturadan eskizini çıxarılması; 
  • Layihə üzrə texniki hesablamaların aparılması və layihə olunacaq konstruksiyanın effektivliyinin təhlil edilməsi, konstruksiyaların istismarı üçün təlimat, onu aydınlaşdırıcı yazı, texniki səviyyə xəritəsi, pasport (o cümlədən patent və lisenziya), sınaq üçün proqramlar, texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrinin və başqa texniki sənədlərin tərtib edilməsi; 
  • Başqa müəssisə və təşkilatlardan gələn konstruktor sənədlərinin onlardan gələcəkdə layihələşdirmə və konstruksiya işində istifadə etmək məqsədi ilə öyrənilməsi və təhlil edilməsi; 
  • İşlənib hazırlanmış layihələri müəssisə, idarə və təşkilatların başqa bölmələri, sifarişçi və nəzarət orqanları nümayəndələri ilə razılaşdırılması, işlənib hazırlanmış konstruksiyanı iqtisadi cəhətdən əsaslandırılması.
  • Layihəçi təşkilatçılar tərəfindən göndərilən layihələrin СНП ГОСТ AzDTN normalarına uyğunluğunun yoxlanılması.

Namizədə dair tələblər:

  • Layihələndirmə (yaxud əlaqədar sahədə) üzrə təhsil, yalnız inşaatçı mühəndis;
  • Eyni anda bir neçə tapşırıq və problemin həll edilməsi bacarığı və əla ünsiyyət bacarıqları;
  • Ümumi mühəndis hazırlığı;
  • Nəzarətçi vəzifəsini yerinə yetirmək sahəsində bacarıq;
  • Kompyuter bacarıgları: AutoCad, Lira 9.6.
  • Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.

Əmək şəraiti:

  • İş yeri: Bakı və Qarabağ ərazisi
  • İş rejimi: 5 gün.

Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan e-mail ünvanına mövzu hissəsində “Konstruktor” yazmaqla göndərə bilərlər. 

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.