Maliyyə xidmətləri

Dövlət qurumu

Maliyyə təhlili üzrə mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2023-12-24

Əmək funksiyası:

  • Aylıq, rüblük, illik Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi, maliyyə göstəricilərinin analitikası
  • Pul vəsaitlərinin hərəkətinin təhlilinin aparılması
  • Tarixi maliyyə və istehsal məlumatlarından istifadə etməklə, mövcud bazar tendensiyalarını təhlil etmək və maliyyə proqnozlarının formalaşdırılmasında iştirak etmək
  • Plan/Fakt analizlərin aparılması və aşkar olunan uyğunsuzluqların araşdırılması
  • İnvestisiyaların qiymətləndirilməsi və modellərin qurulmasında iştirak etmək
  • Maliyyə və əməliyyat göstəricilərinin hərtərəfli təhlilini əhatə edən hazırlanmış hesabatlar və təqdimatlar hazırlanması
  • Daxil olan digər ad-hoc sorğuların icra edilməsi.

Vəzifə tələbləri:

  • Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
  • Təhsil ixtisası: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə
  • İş təcrübəsi (minimum): Təcrübə tələb olunmur, lakin üstünlükdür
  • Dil bilikləri: Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)
  • Kompüter bilikləri: Microsoft office proqramları (əsasən Excel) və 1C 8.3
  • Digər zəruri tələblər: Beynəlxalq sertifikatların mövcudluğu arzuolunandır (ACCA F2,F5 və CFA).

Vəzifənin tələb etdiyi səriştəliliklər:

  • Problem həll etmə bacarıqları
  • Detallara diqqət
  • Komandada işləmək bacarığı
  • Analitik düşünmə bacarığı.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində Maliyyə təhlili üzrə mütəxəssis qeyd etməyiniz xahiş olunur.