İnzibati, Biznes və İdarəetmə

Dövlət qurumu

Satınalma departamentinin direktoru

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-09-21

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin daxili satınalma qaydalarına, “Dövlət satınalmaları haqqında” qanunun və digər normativ-hüquqi sənədlərin tələblərinə əsasən satınalma prosedurlarının təşkil edilməsi;
  • Satınalma planının hazırlanması və icra edilməsi; 
  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
  • Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması;
  • Strateji layihələrin Satınalma tərəfindən iradə edilməsi, layihələr üzrə müvafiq KPİ və yol xəritəsi hazırlanmasında dəstək göstərilməsi;
  • Fəaliyyət istiqaməti üzrə hesabatların hazırlanması və analiz olunması.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil ( İqtisadiyyat, maliyyə, hüquq və ya digər müvafiq sahə üzrə bakalavr təhsili)
  • Dövlət satınalmaları haqqında AR qanunvericiliyini bilməli;
  • Dövlət satınalmaları üzrə təcrübəyə üstünlük verilir
  • Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi 
  • SAP ilə işləmə bacarığı üstünlükdür
  • Microsoft Office (Word, Excell, Outlook) proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • CİPS beynəlxalq sertifikatın olması üstünlükdür
  • Azərbaycan dilini sərbəst bilməli (rus və ingilis dili arzuolunandır);

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək  e-mail ünvanına göndərə bilərlər