Pərakəndə satış və müştəri xidmətləri

Dövlət qurumu

Satış üzrə mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-05-28

Vəzifə öhdəlikləri:

  • Kənd təsəffüfatı texnikalarının və mineral gübrələrin satışının həyata keçirilməsi;
  • Potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
  • Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
  • Bazarın, rəqiblərin araşdırılması və tələbatın müəyyənləşdirilməsi;
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi;
  • Potensial müştərilərlə qiymət təkliflərinin razılaşdırılması;
  • Razılaşdırılmış satış şərtləri üzrə müqavilələrin bağlanması;
  • Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması;
  • Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeyd edilməsi;
  • Satışın artırılması üçün mövcud müştərilərlə münasibətlərin qorunması və məhsullarla bağlı müxtəlif təkliflərin hazırlanması;
  • Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;

Tələblər:

  • Satış sahəsində (aqrar sahə) təcrübə mütləqdir;
  • Yüksək təqdimat bacarığı;
  • Potensial bazarları analiz edə bilən;
  • Fəal və işə planlı yanaşma bacarığı olmalı;
  • Korporativ görünüşlü, ünsiyyətçil, işgüzar və səlis danışıq qabiliyyətli.

Biz Sizə təklif edirik:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə 5 iş günü ;
  • Əmək haqqı: müsahibə əsasında

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.