İnzibati, Biznes və İdarəetmə

Dövlət qurumu

Təchizat üzrə mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-07-13

Əmək haqqı 1000 AZN (əlavə olaraq il ərzində mükafat almaq imkanı).

İş Yeri: Bakı şəhəri

İş Rejimi: 5 günlük 09:00-18:00 

Sığorta: İcbari

Namızədə tələblər:

  • Təhsil:  Ali təhsil;
  • İş təcrübəsi:  Müvafiq sahə üzrə minimum 1 il təcrübə;

Xüsusi biliklər: 

  • Daxili və Xarici bazar,mövcud şirkətlər, mallar,xidmətlər və materiallar üzrə anlayışı;
  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
  • Təchizat Zəncirinin İdarə olunmasına dair anlayışın olması;
  • Yüksək araşdırma qabiliyyəti;
  • Azərbaycan dilini sərbəst bilməli, rus və ingilis dili arzuolunandır;
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları; 
  • MS Office proqramlarında (xüsusilə Excel proqramı üzrə) və 1 C üzrə biliklər. 

İşin qısa təsviri:

  • Satınalma sifarişlərinin qəbulu və təmin olunması;
  • Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması;
  • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;
  • Şirkəti mal-material, xammal və avadanlıqlarla təmin edilməsi;
  • Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqların aparılması;
  • Qiymət araşdırılması və tenderlərin həyata keçirilməsi;
  • Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə-kommersiya şərtlərinin müəyyən olunmasına nəzarət olunması;
  • Struktur daxili müfaviq hesabatların hazırlanması.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. 

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.