Nəqliyyat, paylama və logistika

Dövlət qurumu

Warehouse manager

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-10-04

Vəzifə öhdəlikləri:

  • Anbar hərəkətinə nəzarət etmək
  • Mal-materialın və əsas vəsaitlərin hərəkətinə nəzarət etmək
  • İnventarizasiyanı həyata keçirmək
  • Anbarın fəaliyyətini və digər struktur bölmələr ilə qarşılıqlı münasibətini təşkil etmək
  • Anbardan tələb olunan malların vaxtında və düzgün təyinatı üzrə çatdırılmasını təmin etmək
  • Anbardan məxaric olan malların və əsas vəsaitlərin aktlarının və sənədlərinin hazırlanması
  • Anbarda olan mal-materialın və əsas vəsaitlərin sayının və mühasibat uçotunun düzgünlüyünə nəzarət etmək
  • Anbardaxili əməliyyatların gündəlik uçotunun aparılması
  • Malların hərəkəti ilə bağlı bütün əməliyyatların prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təmin etmək, əməliyyatların icrasını yoxlamaq (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək;
  • Anbarda olan mal-materialın və əsas vəsaitlərin fiziki vəziyyətinə nəzarət etmək
  • Anbarlarda təhlükəsizlik qaydalarına uyğun fəaliyyəti təşkil etmək və tabeçiliyində olan işçi heyətdən bunu tələb etmək;
  • Anbarın inkişafının daim təmin edilməsi və yeni fikirlərin təklif edilməsi
  • İşçilərin davamlı monitorinqi və müştərinin məmnun qalmasını təmin etmək üçün fəaliyyətlərinin təşkili
  • Müvafiq hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması.

Tələb olunan bilik və bacarıqlar:

  • Logistika, anbar idarəçiliyi və ya əlaqəli sahələr üzrə ali təhsil
  • Anbar müdiri və ya oxşar vəzifədə ən azı 3 il iş təcrübəsi
  • Anbar əməliyyatlarının idarə edilməsi sahəsində SAP sistemi ilə iş təcrübəsi
  • IT məhsullarla iş təcrübəsi və biliyin olması üstünlükdür
  • Microsoft Office (Word, Excell, Outlook) proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Anbar işçilərinin işini səmərəli idarə etmək bacarığı
  • Anbar sahəsinin optimallaşdırılması və saxlama proseslərinin təkmilləşdirilməsi üzrə təcrübə
  • Anbarda yanğın təhlükəsizliyi standartları və qaydaları haqqında biliklər
  • Avadanlıqların və inventarların vəziyyətinə nəzarət üzrə təcrübə
  • Təchizatçılar, müştərilər və komanda üzvləri ilə qarşılıqlı əlaqə yaratmaq üçün ünsiyyət bacarıqları
  • Məlumatları təhlil etmək və alınan məlumat əsasında qərar qəbul etmək bacarığı
  • Məsuliyyət, punktuallıq, təşkilatçılıq, təşəbbüskarlıq.
  • Azərbaycan dili sərbəst; rus və ya ingilis dili arzuolunandır

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, qeyd edlmiş e-mail ünvanına göndərə bilərlər.