İnzibati, Biznes və İdarəetmə

Facility Management Group

İnnovasiya və rəqəmsal transformasiya üzrə aparıcı mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2026-05-17

Gələcəyin əmlak ekosistemini bizimlə birlikdə qurun! Əməliyyat proseslərini rəqəmsal innovasiyalarla yenidən formalaşdıracaq, texnologiyanı biznesin hərəkətverici qüvvəsinə çevirəcək İnnovasiya və Rəqəmsal Transformasiya üzrə Aparıcı Mütəxəssis axtarışındayıq!

Vəzifə öhdəlikləri

  • Mövcud əməliyyat proseslərinin diaqnostikası, innovasiya və rəqəmsallaşma potensialının müəyyən edilməsi;
  • Əmlak xidmətləri ekosisteminin inkişaf etdirilməsi üçün biznes proseslərin optimallaşdırılması;
  • Şirkətin strateji sütunlarına və inkişaf hədəflərinə uyğun olaraq rəqəmsal transformasiya və innovasiya layihələrinin planlaşdırılması, icrası və nəzarəti;
  • Yeni texnologiyaların (ERP, CRM avtomatlaşdırma alətləri, süni intellekt əsaslı həllər və s.) araşdırılması və tətbiqi prosesinin idarə edilməsi;
  • Dəyişikliklərin idarə edilməsi prosesinin dəstəklənməsi, yeni tətbiq edilən sistemlər üzrə əməkdaşlar üçün təlimlərin keçirilməsi;
  • Proseslərin avtomatlaşdırılması nəticəsində əldə olunan səmərəliliyin ölçülməsi və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
  • Kənar vendorlar, proqram təminatı tərtibatçıları və daxili steykholderlər ilə sıx əməkdaşlıq çərçivəsində texniki tapşırıqların (TOR) hazırlanması.

Tələblər

  • Biznesin idarə edilməsi, texnologiya və ya əlaqədar sahələr üzrə ali təhsil;
  • Rəqəmsal layihələrin idarə edilməsi, məhsul sahibi olaraq və ya innovasiya sahəsində ən azı 3 illik iş təcrübəsi;
  • Layihə idarəetmə metodologiyaları üzrə biliklər;
  • Məlumat bazaları və analitika alətləri ilə işləmə bacarığı;
  • Yüksək səviyyədə ingilis dili ;
  • Analitik və strateji düşünmə qabiliyyəti, güclü kommunikasiya və təqdimat bacarığı, problemlərin innovativ həlli yanaşması.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Könüllü tibbi sığorta
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Performansdan aslı olaraq illik mükafat
  • "Dəyərlisən” PASHA loyality proqramına üzvlük.
  • Təlim və öyrənmə dəstəyi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.