Mühəndislik

Facility Management Group

Keyfiyyətə Nəzarət, və SƏTƏMM şöbəsinin müdiri

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-06-20

Təsvir:

  • Şirkət daxilində qurulmuş Keyfiyyət nəzarət və Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik Sisteminə nəzarət və işlərin icraatı zamanı bu sahədə yoxlamaların təşkili;
  • Keyfiyyət və SƏTƏMM üzrə illik fəaliyyət planlarının işlənib hazırlanması və həyata keçirilməsi;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək və təkliflər vermək;
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək, uyğunsuzluqlarla bağlı tədbirlər planı hazırlayaraq uyğun vəziyyətə gətirilməsini təşkil etmək;
  • Keyfiyyət və SƏTƏMM üzrə illik məqsədlərin və hədəflərin qoyulması və həyata keçirilməsi;
  • Fövqəladə hallar üzrə fəaliyyət planının işlənib hazırlanmasına nəzarət;
  • Keyfiyyət və SƏTƏMM üzrə prosedur və təlimatların işlənib hazırlanması iştirak etmək;
  • SƏTƏMM üzrə təlimlərin təşkili;
  • Keyfiyyət və SƏTƏMM üzrə daxili audit və inspeksiyaların təşkili;
  • Keyfiyyət və SƏTƏMM üzrə düzəldici və ya qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsinə nəzarət;
  • Qəza hadisələri zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;
  • Keyfiyyət və SƏTƏMM üzrə həyata keçirilən tədbirlərin effektivliyinin qiymətləndirilməsi;
  • Keyfiyyət və SƏTƏMM üzrə şirkət daxili qaydaların tərtib edilməsində iştirak;
  • İşçilər tərəfindən SƏTƏMM qaydalarının pozulması halları aşkarlandığı və ya tələb olunan hallar zamanı “SƏTƏMM Xəbərdarlığı” vermək və izahatlar almaq;
  • Müvafiq struktur bölmə rəhbərlərinə Keyfiyyət və SƏTƏMM ilə bağlı onların iş planları, işlərin icra prosedurları, metodikaları ilə bağlı məlumatların alınması üçün sorğular vermək və ya görüşlər keçirmək

Tələblər:

  • Müvafiq sahə üzrə ən azı 5 il, rəhbər kimi 2 il iş təcrübəsi;
  • Müvafiq texniki sahə üzrə iş təcrübəsi;
  • Texniki sahə üzrə ali təhsil;
  • Əməyin mühafizəsi normaları və qaydaları barədə biliklər
  • Kompüter sistemləri sahəsində peşəkarlıq;
  • İngilis dilində danışıq qabiliyyəti;
  • Sakit, səbirli və qətiyyətli;
  • Mükəmməl müzakirə, ünsiyyət və ətrafdakılara uyğunlaşmaq bacarığı;
  • Güclü analitik, problemləri həll etmə və təşkilatçılıq bacarıqları;
  • Fiziki cəhətdən iş üçün uyğun, İT biliklərinə sahib olmaq bacarığı;
  • Liderlik bacarıqları;
  • KN və SƏTƏMM sahəsində standartlara dair məlumatları əldə etmək və onlardan istifadə etmək bacarığı.