Hüquq və məhkəmə xidmətləri

Ferrum Capital

Məhkəmə qərarlarının icrası üzrə Hüquqşünas

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-05-23

Hansı özəlliklərə malik olmalıdır?

  • Hüquq sahəsində ali təhsil;
  • Mükəmməl azərbaycan dili (rus dili arzu olunandır);
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;

 Məhkəmə Qərarlarının İcrası üzrə Hüquqşünas nə iş görür?

  • Qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etməklə bağlı müvafiq məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün İcra şöbələrində hüquqi şəxsi təmsil etmək ;
  • Məhkəmə qərarına əsasən borclular ilə əlaqə yaratmaq və danışıqlar aparmaq;
  • İcra işinin təmin edilməsi üçün prosesə, aylıq ödənişlərə nəzarət etmək və borclunun adına olan əmlakların və digər gəlirlərin müəyyən edilməsi üçün İcra məmurları tərəfindən müvafiq sorğuların verilməsini təmin etmək ;
  • İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;
  • Müvafiq məlumat bazası yaratmaq, hesabatlar hazırlamaq ;
  • İcra şöbələri və məhkəmələrdə nümayəndə qismində iştirak etmək.

Əlavə məlumat:

  • Bazar ertəsi – Cümə: 09:00 – 18:00
  • Əmək haqqı –  500-1100 AZN

Zəhmət olmasa CV-nizi mövzu hissəsində Məhkəmə Qərarlarının İcrası üzrə Hüquqşünas qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.