İnsan Resursları üzrə mütəxəssis
📌 Vəzifə öhdəlikləri:
• Kadr Kargüzarlığı və İşə Qəbul prosesininin, Əmək Məcəlləsinə, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzərə almaqla aparılması;
• Kadr məlumat bazasının, dəyişiklikləri nəzərə almaqla, daim yenilənməsi;
• İşçilərin davamiyyətinin qeydiyyatı, tabellərin hazırlanması və təqdim olunması;
• İşə yeni qəbul edilmiş və əmək müqaviləsinə xitam verilmiş işçilərin şəxsi işlərin təlimata uyğun qaydada yığılması və əmək fəaliyyəti ilə bağlı olan zəruri dəyişikliklərin daxil edilməsi;
• İşdən azad və yerdəyişmə zamanı işçilərin təhvil təslim prosesini təmin edilməsi;
• Vakansiyalara uyğun namizədlərin axtarışı;
• Namizədlərlə ilkin müsahibələri keçirmək;
• Müvafiq vəzifələr üzrə işə qəbul edilmiş namizədlərə sənəd siyahısı verərək sənədləşdirmək;
• İşdən çıxış üçün müraciət edən, həmçinin sınaq müddətini uğursuz başa vuran işçilərlə çıxış müsahibəsini aparmaq və müvafiq struktur bölmələrə məlumat verərək işçini işdən çıxış prosesinə yönləndirmək;
• Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
📌 Vəzifə tələbləri:
• Təhsil - Ali
• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
• Dil bilikləri - Azərbaycan dili əla səviyyədə, Rus və ingilis dili üstünlükdür.
• Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı, məsuliyyətlilik, operativlik
📌 İş şəraiti:
• AR Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: 5 günlük
• İş yeri: Bakı
• Əmək haqqı: namizədin bilik və bacarığına müvafiq təyin edilir
Müraciət etmək istəyən namizədlərdən CV-ni vakansiya@focusoptika.az email ünvanına göndərməkləri xahiş olunur.
Vakansiyanın tələblərinə uyğun namizədlər müsahibəyə dəvət ediləcək.