Səhiyyə

Focus Optika

Optik məsləhətçi

Şəhər: Bakı
İş rejimi: fullTime
Son tarix: 2026-01-10

Optik məsləhətçi vakansiyası üzrə:


Vəzifə öhdəlikləri:

·        Müştərinin qarşılanması, sifariş qaydaları haqqında məlumatlandırmaq

·        Çərçivələrin seçimində müştəriyə köməklik göstərmək

·        Digər məhsullar haqqında müştəriyə məlumat vermək

·        Satışı həyata keçirmək

·        Ofisdən gələn malları vitrinə yerləşdirmək

·        Vitrinlərin səliqəli və təmiz olması üçün mütəmadi gözdən keçirmək

·        Sifariş qeydlərini tutmaq

·        Ona təyin edilmiş hədəflərə çatmaq

 

Vəzifə tələbləri:

·        Təhsil - Orta təhsil (Ali təhsil üstünlükdür)

·        Pərakəndə satış sahəsində təcrübəsi olması mütləqdir.

·        Dil bilikləri - Azərbaycan dili əla səviyyədə, Rus dili - yaxşı səviyyədə, İngilis dili üstünlükdür

·        Satış prinsipləri və texnikaları üzrə biliklər

·        Effektiv ünsiyyət, intizamlılıq, dürüstlük, öyrənmə və öyrəndiklərini təqdimetmə bacarığı,

 

İş şəraiti:

·        AR Əmək məcəlləsinə uyğun sənədləşmə

·        İş qrafiki: 5 günlük, 2 gün istirahət

·        İş yeri: Bakı şəhəri, (Lökbatan)

·        Əmək haqqı: fiks + bonus

·        Karyera yüksəlişi

·        Təlim imkanları 

Müraciət etmək istəyən namizədlərdən CV-ni vakansiya@focusoptika.az  email ünvanına göndərməkləri xahiş olunur.

Vakansiyabın tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaq.