Digər

Gabala Hospitality Group

İaşə şöbəsində menecer

Vəzifə öhdəlikləri:

  • İaşə şöbəsi üzrə bütün işçilərin hər zaman müştərilərə eksklüziv, peşəkar xidmətlər təqdim etməsini təmin etmək.
  • Müştərilərə qida və içkiləri müəyyən edilmiş icra standardları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim edilməsini təmin etmək.
  • Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onları başa çatdırmaq.
  • İaşə şöbəsi üçün illik biznes planının hazırlanmasında iştirak etmək.
  • İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq və müştərilərin yemək və içki sifarişlərini qəbul etmək.
  • Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlərin görülməsi, daima yeniliklər edərək rəhbərliyə təkliflərin verilməsi;
  • Zəruri sayıldıqda, şöbələr üzrə bölünməklə illik marketinq planının tərtib edilməsi, istifadəsi və yenilənməsində iştirak etmək.
  • Hotelin həyata keçirdiyi əməliyyatların həm rəqabətə davamlı, həm də ən müasir tələblərə cavab verməsini təmin etmək üçün davamlı olaraq yerli, milli və beynəlxalq bazarların tendensiyalarını, təchizatçılar və Hotel / restoran əməliyyatlarını qiymətləndirmək.
  • İaşə şöbəsinin kassa-ödəniş terminalından,POS sistemlərini,nağd pul əməliyyatlarını müəyyən edildiyi kimi istifadə etmək və prosesə nəzarət etmək.
  • Maliyyə sənədlərinin saxlanılması, nağd pulların idarə edilməsi və lisenziyalaşdırma ilə bağlı Hotelin, şirkətin müəyyən etdiyi, habelə yerli qaydalar, siyasətlər və prosedurlara riayət olunmasını təmin etmək. 
  • Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət və nəzarət etmək.
  • Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək.
  • Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda çeviklik nümayiş etdirmək.
  • İşçi heyəti arasında daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarətin edilməsi;
  • Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və uyğun görüldükdə digər brend standartlarının icra olunmasını təmin etmək.

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • İctimai iaşə xidmətlərinin göstərilməsi qaydalarını bilməsi.
  • Hoteldə İaşə istiqaməti üzrə “Otaq Xidməti” təcrübəsinin olması.
  • Qeyd edilən sahədə minimum 3-5 il iş təcrübə
  • Müştərilər ilə peşəkar ünsiyyət qurma bacarığı.
  • Xarici dil bilikləri, rus və ingilis dillərini bilməsi.
  • Peşəkar və uyğun işgüzar görünüş və təqdimat;
  • Əla təşkilatçılıq və inzibati bacarıqlar;
  • Komputer və xüsusilə ofis proqramlarından yaxşı istifadə vərdişləri olmalı, Restoran proqramlarını mükəmməl bilməli.
  • Ali və ya orta ixtisas təhsilinin olması

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (İaşə şöbəsində menecer) göstərilməklə elektron poçtuna göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.

Daha çox blog yazılarımız:

[moreBlogs]