Otel, İaşə, Turizm

Gabala Hospitality Group

SPA və Fitness şöbəsində qeydiyyatçı

Vəzifə öhdəlikləri:

  • Qonaqların qarşılanması, SPA bölməsində qeydiyyata alınması və xidmətlərlə bağlı məlumatların verilməsi;
  • Qonaqlara xidmətlərlə bağlı məlumat verməklə yanaşı kassa və SPA bölməsinin əməliyyatları  üzrə funksiyaları icra etməyi bacarmaq;
  • Qeydiyyat və kassir xidmətlərini həyata keçirmək;
  • Soyunma- Geyinmə otaqlarına giriş- çıxışı təmin edən açarların təhvil- təslimi
  • Mükəmməl ünsiyyət bacarığı sərgiləmək,telefon, email və üzbəüz ünsiyyətdə maksimum qonaqpərvərlik nümayiş etdirmək;
  • Daxil olan zəngləri və emailləri cavablandırmaq, ehtiyac duyulduğu halda digər şöbələrə yönəltmək;
  • Qonaqların qeydiyyat və qeydiyyatdan çıxma prosesində mümkün ən yaxşı xidmətlərlə təmin edilmələrini şəxsən və müntəzəm olaraq yoxlamaq, yeni prosedurlar, xidmətlərlə bağlı müştəriləri məlumatlandırmaq;
  • SPA xidmətləri üzrə rezervasiyaların qəbul edilməsi,Masaj, Sauna xidmətləri ilə bağlı rezervasiyaların sistemə işlənməsi və xidmətlər üzrə vaxtın idarə olunması
  • Kompüter avadanlığından və internetdən optimal səviyyədə istifadə etmə bacarığı;
  • Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onları başa çatdırmaq;
  • Digər şöbə işçiləri ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək, əsas diqqəti hotelin ümumi uğuruna və qonaqların məmnunluğuna yönəltmək;

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Azərbaycan, ingilis və rus dilləri - əla 
  • Kompüter və ofis texnikasından yaxşı istifadə bacarığı
  • Orta -ixtisas təhsili
  • Xoş görünüşlü, gülərüz, detallara fokuslu, pozitiv, konfliktləri həll etmək, mövcud problemin həllini  yerində tapmaq
  • Stressə davamlı olmaq, təzyiq altında effektiv işləmək bacarığı
  • SPA və Fitness istiqaməti üzrə 2 il və daha çox təcrübəsi olan nazmizədlərə üstünlük verilir;

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan xanım namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (SPA və Fitness şöbəsində Qeydiyyatçı) göstərilməklə elektron poçtuna göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.

Daha çox blog yazılarımız:

[moreBlogs]