İnzibati, Biznes və İdarəetmə

General Supply

İnsan resursları üzrə baş mütəxəssis

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-03-04

Əsas vəzifə və öhdəliklər:

  • Şirkətin təşkilati strukturunun təhlili, onun təkmilləşdirilməsi üzrə təkliflərin formalaşdırılması;
  • Təşkilati strukturların dəyişiklik tələblərini struktur rəhbərləri ilə müzakirə edilməsi;
  • Təşkilati dəyişikliklər üzrə layihələrinin hazırlanması;
  • Əməkdaşların performansını və təşkilati effektivliyini artırmaq üçün performansın idarə edilməsi siyasətinin və prosedurunun işləyib hazırlanması və həyata keçirilməsi;
  • Effektivliyin əsas göstəricilərini (KPİ) özündə əks etdirən qiymətləndirmə sisteminin təşkilində iştirak etmək;
  • Komanda və fərdi hədəflərin qoyulması proseslərinin təşkilinin və icrasının təmin edilməsi;
  • Məqsədlərin müəyyən edilməsi, performansın ölçülməsi və fəaliyyətin qiymətləndirilməsi sistemlərinin tərtib edilməsi və icrası;
  • Performans təhlillərinin aparılmasında və fəaliyyətin təkmilləşdirilməsi planlarının yaradılmasında rəhbərliyə dəstək verilməsi;
  • Performans nəticələrinin izlənməsi və hesabatlarının hazırlanması;
  • Performans və vəzifə dəyişiklikləri əsasında əmək haqqı təkliflərin hazırlanması;
  • Təlim və inkişaf ehtiyaclarının təhlili və müəyyən edilməsi;
  • İllik təlim planına uyğun olaraq təlimlərin cədvəlini haqırlamaq;
  • Təlimlərin təşkili və effektivliyinin qiymətləndirilməsi;
  • Təlim və inkişaf istiqamətinin fəaliyyətləri ilə bağlı bütün proseslərin həyata keçirilməsi;
  • Təlimin öncəsi və sonrası sorğuların aparılması, təlimin ümumi qiymətləndirilməsi və hesabatlılığın aparılması;
  • İR hesabatların hazırlanması (aylıq, rüblük, illik).

Namizədə qarşı tələblər:

  • Ali təhsil (İnsan Resurslarının idarəolunması, biznes idarəçiliyi kimi sahələrdə ali təhsil arzu olunandır) 
  • İnsan Resursları sahəsində min 3 il iş təcrübəsi (performans qiymətləndirilməsi, karyera planlaması, təlim və inkişaf sahələrinə üstünlük veriləcək)
  • Çoxsaylı İR funksiyaları haqqında iş bilikləri;
  • Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı (Excel və Power Point yaxşı səviyyədə)
  • Dillər: Azərbaycan-dili əla, ingilis-dili yaxşı səviyyədə (danışıqlar və təqdimatlar etmək)
  • Yüksək ünsiyyət qurmaq bacarıqları;
  • Analitik düşünmə qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

Təminatlar:

  • Korporativ nömrə;
  • Tibbi siğorta;
  • Əmək haqqı : 1800 AZN;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzü hissəsində “İnsan resursları üzrə baş mütəxəssis” yazmaqla poçt elektron ünvanına göndərə bilərlər