Digər

GM Construction

İstehsalat üzrə növbə rəisi (Beton zavodu - Laçın rayonu)

Vəzifə öhdəlikləri:

  • Növbə ərzində istehsalat tapşırıqlarının yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin edir;
  • Avadanlığın arası kəsilmədən tam gücü ilə işləməsinə, istehsalın vaxtlı-vaxtında material və enerji ehtiyatları ilə təmin edilməsinə, avadanlıqların və başqa əsas vəsaitlərin düzgün texniki istismarına, xammal, yanacaq və materialların qənaətlə istifadəsinə operativ nəzarəti həyata keçirir;
  • İstehsalın gedişində qarşıya çıxan xətaları aradan qaldırır;
  • Əmək məhsuldarlığının artırılması, məhsula sərf olunan əməyin, məhsulun maya dəyərinin aşağı salınması üçün əlavə istehsalat ehtiyatlarından istifadə yollarını axtarıb tapır və təşkil edir;
  • İstehsal xəttində olan məhsul, xammal və materialların müvafiq yerlərdə və müntəzəm olaraq saxlanılmasını təmin etmək;
  • Xammal və materiallardan düzgün istifadə olunmasına nəzarət etmək, istehsalın gedişinə maneə olan və ya ola biləcək prosesləri aradan qaldırmaq; 
  • İstehsalın planlaşdırılması və iş yerinin təkmilləşdirilməsində qabaqcıl üsul/metodların tətbiqində yaxından iştirak edir;
  • İstehsalat fəaliyyətinin nəticələrini, avadanlığın boşdayanma və buraxılan məhsulun  keyfiyyətinin aşağı düşməsi səbəblərini təhlil edir, üzə çıxan qüsurları aradan qaldırmaq üçün tədbirlər planının hazırlanmasında və tətbiqində iştirak edir;
  • Məhsulun iş yerlərində hərəkətinin və istehsal tapşırıqlarının yerinə yetirilməsinin operativ uçotunu aparır; 
  • İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət edir;
  • İstehsalat və əmək intizamını pozanlara inzibati cəza verilməsi haqqında təkliflər təqdim edir;
  • İşçiləri koordinasiya edir, onları əlaqələndirir.

Bilməlidir:

  • İstehsalın operativ idarə olunması haqqında metodiki, normativ və başqa sənədləri; 
  • Buraxılan məhsula qoyulan texniki tələbləri, avadanlığın istehsal texnologiyasını; 
  • Zavodun istehsal təchizatını və onun texniki istismarını; 
  • İstehsalın gedişi uçotunun sistem və metodlarını; 
  • İstehsalatın, əməyin və idarəetmənin təşkilini; 
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını.

Tələblər:

  • Cins: kişi
  • Yaş həddi: 25 – 50;
  • Beton istehsalı üzrə təcrübənin olması şərtdir;
  • Təhsil: Ali və ya orta ixtisas təhsili;
  • İş təcrübəsi: müvafiq sahə üzrə azı 3 il;
  • Kompüter bacarıqları: MS Office yaxşı səviyyədə işləmək bacarığı.

İş şəraiti:

  • İş yeri: Laçın rayonu;
  • İş rejimi: 6 günlük (09:00 -18:00);
  • Yaşayış, qidalanma, yol xərcləri və korporativ nömrə ilə təmin olunma;
  • Əmək haqqı: başlanğıc 1200 man.

Digər tələblər:

Yuxarıda göstərilən tələblərə uyğun namizədlərin elektron poçtuna CV (yalnız Azərbaycan dilində) göndərməkləri xahiş olunur.

Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur. Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Daha çox blog yazılarımız:

[moreBlogs]