Komputerləşmə və İKT

Golden Pay

Şəbəkə Administratoru

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2024-09-02

Vəzifə: Şəbəkə Administratoru

Vakansiyanın tələbləri: 

  • İş təcrübəsi: şəbəkə təhlükəsizliyi və şəbəkə mühəndisliyində ən azı 1 il iş təcrübəsi; 
  • Microsoft Server və Client əməliyyat sistemləri, Linux \ Unix server sistemləri haqqında əsas biliklər; 
  • Şəbəkə xidmətləri (TCP/IP (Routing və switching), NAT, DHCP, DNS) bilikləri;
  • Təhlükəsizlik texnologiyalarını (Firewalllar, IPS/IDS və Content filtering) anlamaq;
  • Fortinet məhsulları ilə işləmə təcrübəsi;
  • Şəbəkə keyfiyyətinin, əlçatanlığının və performansının monitorinqi təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, Rus və İngilis dilləri - arzuolunandır.

Vəzifə öhdəlikləri: 

  • Şəbəkə Əməliyyatlarının problemsiz işləməsini təmin etmək üçün komandada yaxşı işləmək;  
  • Şirkətin şəbəkə infrastruktur layihəsinin inkişafında iştirak;
  • Şəbəkə infrastrukturu üçün texniki sənədlərin təşkili;
  • Şəbəkələrin sabitliyini təmin etmək üçün mütəmadi olaraq problemləri müəyyən etmək və düzgün həll yollarını həyata keçirmək;
  • İnternet və Data kanallarının səmərəli istifadəsini təmin etmək;
  • LAN/WAN şəbəkəsi və IT infrastrukturu dizaynı, quraşdırılması və problemlərin aradan qaldırılması.

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Son müraciət tarixi: 01.09.2024 

Müraciət etmək üçün, CV-nizi email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.