Komputerləşmə və İKT

Golden Pay

Sistem Administratoru

Şəhər: Bakı
İş rejimi: full-time
Son tarix: 2025-01-30

Vakansiyanın tələbləri: 

  • Təhsil: Ali; 
  • İş təcrübəsi: müvafiq sahə üzrə 3 il; 
  • Müvafiq WAN/LAN texnologiyaları, serverin virtuallaşdırılması, saxlama və təhlükəsizlik texnologiyaları, verilənlər bazası üzrə təcrübə; 
  • Virtualizasiya texnologiyaları ilə təcrübə – VMware vSphere, VMware HCI; 
  • Backup sistemləri ilə iş təcrübəsi - Veeam Backup and Replication; 
  • Linux (RHEL, Centos Linux, Ubunut, Alma linux) , BSD üzrə biliklər; 
  • İT avadanlıq konseptləri (RAID, SAN,x86 Architecture, SCSI, ISCSI, FCP,FCIP) üzrə biliklər; 
  • Qoruyucu divarlar,ruterlər,şəbəkə açarları,DNS,DHCP,VPN,FTP,internet protokolları barədə biliklər; 
  • Avtomatlaşdırma tool-ları ilə iş bacarığı - Ansible, Terrafrom. 

Vəzifə öhdəlikləri: 

  • Linux sistemlərinin idarəsi və konfiqurasiyası (RHEL, CentOS, Ubuntu);   
  • HTTP-serverlərin idarəsi (Nginx, Apache + php, Tomcat); 
  • LoadBalancer/Failover sistemlərinin idarə olunması (keepalive, peacemaker, haproxy, nginx); 
  • Skript dillərində tapşırıqların avtomatlaşdırılması (Bash, sh); 
  • IT infrastrukturuna aid sistemlərin tətbiq edilməsi və inzibatçılığı, etibarlı işləməsinin və yenilənməsinin təmin edilməsi; baş verən insidentlərin və problemlərin vaxtında həll edilməsi; 
  • Ehtiyat surətlərin yaradılması prosesinin idarəedilməsi və nəzarətdə saxlanması; 
  • Məlumat mərkəzinin infrastruktur komponentlərinin (server, hipervizor, storage, SAN və s.) və öhdəliyində olan digər İT sistemlərinin (Windows OS, MS Exchange, AD və s.) inzibatçılığının və etibarlı   işləməsinin təmin edilməsi;
  • Qəbul edilmiş qayda, təlimat və standartlara uyğun olaraq sistemlərin inzibatçılığının həyata keçirilməsi (patçların və yenilənmələrin quraşdırılması, monitorinqi və s.); 
  • Sistem konfiqurasiyalarının təhlükəsizliyinin təmin edilməsi (“security hardening”); 
  • Məlumatların ehtiyat surətlərinin yaradılması və mütəmadi nəzarətdə saxlanılması; 
  • Müvafiq hesabatların hazırlanması; 
  • Müvafiq texniki sənədləşmənin aparılması; 
  • Daxili və xarici audit tapıntıları, risk qiymətləndirməsi və ya digər bölmələrdən daxil olan təkliflər əsasında sistemlərin daim inkişaf etdirilməsi. 

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Müraciət etmək üçün, CV-nizi email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.